İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq Qızlar Günü münasibətilə qızlar üçün “Cyber4Girls” təlimi keçirilib - FOTO

552 04.10.2023 13:00 Texnologiya A A

11 Oktyabr – Beynəlxalq Qızlar Günü ərəfəsində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Elektron Təhlükəsizlik Xidmətinin (ETX) birgə təşkilatçılığı ilə qızlar üçün “Cyber4Girls” təlimi keçirilib. Təlimdə 13-18 yaşında 100-ə yaxın qız iştirak edib.

Təlimin keçirilməsində məqsəd qızların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena qaydaları və fərdi məlumatların mühafizəsi sahəsində məlumatlandırılması idi.

İştirakçılara kibertəhlükəsizlik və kibergigiyena, fərdi məlumatlar, onların təhlükəsizliyi, antivirus proqramları, zərərli kontent, sosial mühəndislik və fişinq hücumları, kiberbullinq barədə geniş məlumatlar təqdim edilib. Daha sonra interaktiv tapşırıqlar icra olunub və iştirakçıların sualları cavablandırılıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, təlim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “KOICA CIAT” qrant proqramı çərçivəsində qalib olmuş “Cyber Security Capacity Building: 2021-2023” layihəsi zamanı qazanılmış biliklərin paylaşılması məqsədilə RİNN və KOICA arasında cari ilin sentyabr ayında imzalanmış Anlaşma Memorandumuna əsasən keçirilib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR