İnsanlara hürriyət, millətlərə istiqlal!

Bilik, yoxsa tıxac günü? Hər il eyni mənzərə - Paytaxt sakinləri ZÜLM ÇƏKİR

732 15.09.2023 19:58 Reportaj A A

Bu gün ölkədə bilik günü qeyd olunur. Təəssüflər olsun ki, yeni tədris ilinin başlanması ilə ənənəvi problemlərə də start verilir. Bunlardan birincisi və ən önəmlisi şəhəri bürüyən tıxaclardır.

Sözsüz ki, bir şagirdi birinci sinifə aparmaq üçün dörd nəfərin onunla birlikdə getməsi, eyni zamanda valideynlərin yüksək səviyyəli təhsil verən liseylər üçün uşaqlarını şəhərin bir başından o biri başına aparması yollardakı hərəkətliliyi artırır.

Amma məsələ burasındadır ki, Bakıda tıxac bu gün peyda olmayıb. Dünən də var idi, bu gün də var, sabah da olacaq. Artıq Bakıda tıxac ancaq pik saatlarda deyil, günün istənilən saatında olur. Bəs dərslər başlayan zaman yaranan bu sıxlığın əsas səbəbi nədir? İllərdir var olan bu problem niyə həll olunmur?

Əməkdaşlarımız ilk dərs günü bir neçə məktəbə yaxın ərazilərdə olub. Yaranan sıxlıqla bağlı sakinlərin fikirlərini öyrənib. Görünən odur ki, dərslər açılar- açılmaz tıxac problemi dərinləşib

Ətraflı videosüjetdə:

Sadiq Məmmədov,
Rafət Şahbazov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR