İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir ailədən olan üç kişinin yüzlərlə uşağın atası olduğu üzə çıxıb - 600 bacı-qardaş...

1227 06.05.2024 14:18 Dünya A A

Kanadanın Kvebek əyalətində eyni ailədən olan üç kişinin altı yüzdən çox uşağın atası olduğu üzə çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə CTV News məlumat yayıb.

Kişilər Kanada Səhiyyə Təşkilatının nəzarəti olmadan onlayn sperma satırmışlar. Onların reklamlarına cəlb olunan qadınlar hamilə qalmaq üçün kişilərin xidmətlərindən istifadə edib. Kanadanın fransızdilli “Noovo Info” kanalı əvvəlcə yalnız iki donor tapıb. Lakin ilk araşdırmadan sonra onlarla o qədər çox ana əlaqə saxlayıb ki, axtarışları davam etdirmək qərarına gəliblər. Daha sonra kanal işçiləri üçüncü adamı aşkar ediblər. Onun əvvəllər tapılan donorların qohumu olduğu üzə çıxıb.

Donor xidmətlərindən istifadə etmiş qadınlar uşaqlarının çoxlu sayda ögey qardaş və bacılarının olmasından narahatdırlar. Onlar həmçinin iki donorda aşkar edilmiş nadir irsi qaraciyər xəstəliyini də ötürə bilərlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR