İnsanlara hürriyət, millətlərə istiqlal!

Birinci rübdə Gürcüstan iqtisadiyyatı 8 faizə yaxın böyüyüb

344 02.05.2024 19:28 Region A A

2024-cü ilin yanvar-mart aylarında Gürcüstanda 7,8 faizlik iqtisadi artım qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti ilkin məlumatı açıqlayıb.

Məlumata görə, 2023-cü ilin mart ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ÜDM-in real artımı 8,2 faiz, 2024-cü ilin yanvar-mart aylarında isə ortalama 7,8 faiz səviyyəsində olub.

Statistikaya görə, 2024-cü ilin mart ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi artımın əsas amilləri emal sənayesi, informasiya və rabitə sahəsi, peşə, elmi və texniki fəaliyyət, daşınmaz əmlakla bağlı fəaliyyətlər olub. Tikinti, enerji, nəqliyyat və anbar sektorunda azalma tendensiyası müşahidə olunub.

Gürcüstanın ÜDM-i 2022-ci ildə 10,4 faiz artdıqdan sonra 2023-cü ildə 7 faiz böyüyüb.

Gürcüstan hökuməti 2024-cü ildə ölkənin ÜDM-nin 5,2 faiz, Milli Bankı 5 faiz, Asiya İnkişaf Bankı isə 5 faiz artacağını gözləyir. Bundan əlavə, Dünya Bankı Gürcüstanın iqtisadi artımının bu il 5,2 faizə, BVF 5,7 faizə qədər azalacağını proqnozlaşdırır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR