İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT Fələstinlə bağlı qətnamə QƏBUL ETDİ YENİLƏNİB

1204 10.05.2024 20:38 Dünya A A

BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib.

Bu barədə TRT Haber məlumat yayıb.

Belə ki, Baş Assambleya Fələstinin təşkilata üzvlüyünün TŞ-də yenidən müzakirə olunmasını və ona bəzi əlavə hüquqlar verilməsini tələb edən qətnamə layihəsini təsdiqləyib.

***

19:38

BMT Baş Assambleyasında Fələstinin təşkilata tamhüquqlu üzvlüyü ilə bağlı fövqəladə sessiya keçirilir.

Qətnamə layihəsi barəsində BMT Baş Assambleyasında təşkilata üzv olan 109 ölkənin qurumdakı daimi nümayəndəsi tərəfindən müzakirələr aparılır.

Çıxışlardan sonra günün ikinci yarısında qətnamə layihəsi səsverməyə çıxarılacaq.

Sənəddə Fələstin xalqının öz müqəddəratını təyinetmə və dövlət qurmaq hüququ yer alır və BMT Baş katibi qətnamənin icrası üçün lazımi addımlar atmağa çağırılır.

Fələstinin tamhüquqlu üzvlüyü üçün səslərin üçdə ikisi onun "lehinə" olmalıdır.

Xatırladaq ki, Fələstin 2011-ci ildə BMT-yə tam üzv olmaq üçün müraciət etmiş, lakin bu müraciət lazımi dəstəyi almamışdı.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR