İnsanlara hürriyət, millətlərə istiqlal!

BP-nin xalis mənfəəti 45 faiz azalıb

427 07.05.2024 12:48 İqtisadiyyat A A

Bu ilin birinci rübündə Böyük Britaniyanın BP şirkətinin əldə etdiyi xalis mənfəət 45 faiz azalıb.

Musavat.com şirkətin hesabatına istinadən xəbər verir ki, bu, neft və təbii qaz qiymətlərinin aşağı düşməsi ilə bağlı olmaqla analitiklərin gözləntilərindən aşağı göstəricidir.

Maliyyə hesabatlarına əsasən, ehtiyatların dəyişdirilməsi xərclərinə düzəliş edilmiş mənfəət (ABŞ neft şirkətləri üçün xalis mənfəətə ekvivalentdir, lakin birdəfəlik faktorlar istisna olmaqla) yanvar-mart aylarında ötən ilin eyni dövründəki 4,963 milyard dollarla müqayisədə 2,723 milyard dollar təşkil edib.

Şirkətin özünün verdiyi konsensus proqnoz bu rəqəmin 2,87 milyard dollar olacağını göstərirdi. BP-nin səhmdarlarına aid olan mənfəət 8,218 milyard dollardan 2,263 milyard dollara düşüb.

Yanvar-mart aylarında karbohidrogen hasilatının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə sutkada 969 min barel neft ekvivalentindən 914 min barelə qədər azalıb. Orta satış qiyməti 46,95 dollarla müqayisədə 36,64 dollara düşüb.

Şirkət ikinci rübdə hasilatın yanvar-mart ayları ilə müqayisədə bir qədər aşağı olacağını proqnozlaşdırır. Bununla yanaşı, 2024-cü ilin sonuna hasilatın keçənilki göstəricini bir qədər üstələməsi gözlənilir.

Birinci rübdə BP-nin əsaslı xərcləri 4,278 milyard dollar təşkil edib. 2024-2025-ci illər üçün şirkət ildə təxminən 16 milyard dollar əsaslı xərclər planlaşdırır.

Bu gün səhər ilkin hərraclarda BP-nin səhmləri 1,1 faiz ucuzlaşıb. Son üç ayda şirkətin bazar dəyəri 11,2 faiz artıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR