İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya ordusunda 100 illik QADAĞA ləğv edilir

1327 29.03.2024 15:26 Dünya A A

Britaniya ordusunun üzvlərinə 100 illik qadağa aradan qaldırılır. Bundan sonra ingilis əsgərlərinə saqqal saxlamağa icazə veriləcək.

Musavat.com xəbər verir ki, bu barədə “Teleqraf” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, quru qoşunlarının həm zabitlərinə, həm də əsgərlərinə saqqal saxlamağa icazə verən sərəncam Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı kral III Çarlz tərəfindən imzalanıb.

Sərəncamda qeyd olunur ki, saqqal “səliqəli” olmalı, hərbi qulluqçuların səliqəli görünüşü prinsiplərinə və standartlarına uyğun olmalıdır.

Pasxa bayramında əsgərlərə vəzifədən kənarda saqqallarını uzatmaq üçün məzuniyyət verilməsi məqsədilə sərəncam növbəti cümə günü qüvvəyə minəcək.

Qadağanın aradan qaldırılması orduya yeni çağırışçıların qəbulu ilə bağlı böhranın müzakirəsilə bağlıdır. Müdafiə naziri Qrant Şapps müzakirə zamanı saqqal saxlamağa qadağanın gülünc olduğunu bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR