İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyada deputat seçilən kimi küçəyə çıxdı və "Allahu Əkbər" qışqırdı - VİDEO

2194 06.05.2024 08:00 Dünya A A

Britaniyanın Lids şəhərində bir deputat seçkidə qalib gəldikdən sonra Fələstin bayrağını qaldıraraq “Allahu Əkbər” şüarını səsləndirib.

Musavat.com "Bild"ə istinadən xəbər verir ki, Britaniya Yaşıllarını təmsil edən Motin Əli Lids Şəhər Şurasına (əhali: 800 min nəfər) seçkilərdə iştirak edib. Səsvermənin keçirildiyi ərazidə müsəlman miqrantların nisbəti son dərəcə yüksəkdir - onlar ümumi əhalinin təxminən 42%-ni təşkil edir.

“Biz susmayacağıq! Qəzzanın səsini ucaldacağıq! Fələstinin səsini ucaldacağıq! Allahu Əkbər!” – deyə siyasətçi seçkilərdə qalib gəldikdən sonra bildirib.

"Bild" xəbər verir ki, Əli Britaniyada yerli seçkilərdə qalib gələn islamçıların yeganə nümayəndəsi deyil. Məsələn, Peterboroda əvvəllər Leyboristlər Partiyasından xaric edilmiş İmtiaz Əli şəhər şurasına daxil olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR