İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel görüşü ərəfəsi Paşinyanın “çiy söhbəti”

2817 13.05.2023 16:31 Yazarlar A A

İndi də “Yaponiya nümunəsi” ortaya atılıb, guya onlar Rusiya ilə sülh müqaviləsi imzalamayıblar, amma aralarında müharibə də yoxdur; İrəvan imtahanda bileti bilməyən abituriyent kimi sülh müqaviləsi haqda deyil, onun ətrafında danışmaqda davam edir...

Sərhəddə baş vermiş növbəti erməni təxtribatına baxmayaraq, sabah-mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında üçtərəfli görüş keçiriləcək. Şarl Mişel bu axşam artıq Brüsseldə olan Ermənistanın baş naziri ilə görüşəcək, mayın 14-də səhər saatlarında isə Prezident Əliyevlə ayrıca söhbət edəcək. Üçtərəfli görüş mayın 14-də günortadan sonra başlayacaq.

Görüş əlbəttə ki, münaqişə edən istənilən tərəflər üçün vacibdir, amma bir şərtlə ki, bu təmaslarda hansısa nəticə əldə edilsin. Şarl Mişel Makrona yaxın fiqur olsa da, Azərbaycana münasibətdə obyektiv olmağa çalışır. Onun vasitəçiliyi ilə ya beşinci, ya da altıncı görüş olacaq, amma ortada nəticə yoxdur. Məhz Brüselldə ikitərəfli sərhəd komissiyası razılaşdırıldI, tərkibi müəyyən edildi, amma sərhəd gərginliyin mərkəzi olaraq qalmaqadadır.

1664349574_259152064_3171586513064745_5563473090952303055_n-1-1-1-2-1-1-1-1-1.jpg (61 KB)

Bu görüşün Fransanın Ermənistanda müəmmalı hərbi fəallığı fonunda baş verməsi də diqqət çəkir. “Intelligence Online” nəşri bir neçə gün əvvəl yazmışdı ki, Paris tezliklə İrəvandakı Fransa səfirliyində iqamətgahı olan hərbi attaşe təyin etmək niyyətindədir. “Mümkün təyinat Parisin İrəvanla ikitərəfli silahlanma komitəsinin işini bərpa etməsi ilə üst-üstə düşür. Bu qurum Ermənistan Müdafiə Nazirliyinin strateji planlarını və fransalı istehsalçılardan mümkün alışları müəyyən edir” deyə, nəşr yazırdı…Hətta Qafanda fransız hərbçilərinin yerləşəcəyi haqda da iddialar var. Tezliklə bunun da nə oyun olduğunu biləcəyik, hələlik isə Brüssel görüşünə qayıdaq.

Brüssel də üçtərəfli danışıqların nəticəsindən “sıçrayışlı irəliləyiş” gözləmir. Yüksək rütbəli avropalı diplomatı deyib ki, bazar günü axşam hərtərəfli sülh sənədinin imzalana biləcəyinə dair gözləntilərimizdə təvazökar olmalıyıq. “Bu, çox vaxt və zəhmət tələb edəcək” deyə, adının açıqlanmasını istəməyən diplomat erməni nəşrinə bildirib.

Dövlət Departamentinin sözçünün müavini Vedant Patel Brüssel görüşündən xüsusi gözlənti olmadığına işarə edib: “Biz inanırıq ki, problemlərin sülh yolu ilə həlli var. Bununla belə, mən hadisələri qabaqlamaq fikrində deyiləm”.

442156738_0_160_3073_1889_1920x0_80_0_0_6659b2284c7545c510782e1a82dbe3fa.jpg (220 KB)

Ermənistan rəhbərliyi imtahanda bileti bilməyən abituriyent kimi sülh müqaviləsi haqda deyil, onun ətrafında danışmaqda davam edir. Ermənistanın baş naziri Brüssel görüşü ərəfəsi sərhəddəki gərginliyin məsuliyyətini Azərbaycanın üzərinə qoymağa çalışıb, əsassız ittihamlar səsləndirib. Hökumətin iclasında Paşinyan deyib ki, guya Azərbaycan gərginlik yaratmaqla diqqəti Laçındakı sərhəd-keçid məntəqəsindən yayındırmaq istəyir. “Brüsseldə Azərbaycanla sülh müqaviləsinin imzalanması ehtimalı çox azdır, çünki sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş layihəsi hələ də çox çiydir və onun imzalanması haqqında danışmaq tezdir” deyən Paşinyan onu da əlavə edib ki, “amma qarşımızda bu sənədi tez bir zamanda yekunlaşdırmaq və imzalanmağa hazırlamaq vəzifəsi durur”. Paşinyanın sarsaq ittihamlarını bir kənara qoyaq, sonda dediklərinə diqqət edək. “Qarşımızda bu sənədi tez bir zamanda yekunlaşdırmaq və imzalanmağa hazırlamaq vəzifəsi durur” nə deməkdir? Paşinyan bu fikri deməklə təsdiq edir ki, Qərb tərəfdaşları son Vaşinqton görüşü də daxil Ermənistandan tezliklə sülh sazişini imzalamağı tələb edilir. Çünki Paşinyana qalsa, onun belə bir fikri yoxdur, mümkün qədər sazişin imzalanmasını yubatmağa çalışır. Bununla da həm hakimiyyətini revanşistlərin qəzəbindən qoruyur, həm də erməni xalqını təzyiq və təhdid altında saxlayır. Üstəlik, Qarabağdakı erməniləri də nəzarətindən saxlamağa cəhd edir.

Paşinyan o cəsarətin sahibi deyil ki, bütün çətinlikləri gözə alıb, nəhayət, gözlənilən sülhü imzası ilə sənədləşdirsin. Buna cəsarəti yoxdur, ona görə “çiy söhbət” edir, vaxtı uzadır, həm Rusiya, həm Qərb arasında heç bir nəticəsi olmayacaq oyunlarını davam etdirir. O, vəziyyətin ağırlığını başa düşməyəcək qədər qanmaz da deyil, amma hakimiyyət ona erməni xalqının mənafeyindən daha üstün və şirindir. Bu, “şirinlik” zaman-zaman burnundan gəlir, amma spekulyasiyalarından da əl götürmür.

222-(-1610358409.jpg (24 KB)

İndi də ortaya “Yaponiya nümunəsi”ni atıblar. Guya Yaponiya ilə Rusiya(bundan əvvəl SSRİ ilə) arasında sülh müqaviləsi imzalanmayıb, amma aralarında müharibə də yoxdur. Bu tezisi xüsusilə rusiyalı politoloqlar tirajlayırlar. “Rusiya, daha əvvəl SSRİ və Yaponiya arasında sülh müqaviləsi yoxdur. Lakin müharibə vəziyyəti də yoxdur. Sülh müqaviləsinin olmaması Sovet İttifaqı və Rusiya Yaponiya ilə əlaqələrini fəal şəkildə inkişaf etdirməsinə mane olmadı. Düzünü desəm, sülh müqaviləsi arzuolunan olsa da, ümumilikdə məcburi deyil. Tərəflər münasibətləri normallaşdıraraq istənilən halda qarşılıqlı əlaqə qura bilərlər”. Bu fikirləri bu günlərdə Rusiya Avrasiya Kommunikasiyalar Mərkəzinin direktoru Aleksey Pilko deyib. Görünür, bu təsadüfi deyil. Rusiya üçün əlbəttə ki, “nə sülh, nə müharibə” variant daha əlverişlidir. Ermənistan sülh müqaviləsi imzalamır, amma həm siyasi, həm iqtisadi əlaqələrdə hansısa irəliləyişlər olur və sairə...

Əvvəla, ermənilərin yaponlarla müqayisəsi mümkün deyil. Bu, tarixə ironiyadır, düşüncə və həyat tərzləri tam fərqli iki millətdir. Rus-yapon müharibələrinin tarixi qədim olduğu qədər, həm də qəlizdir. Yaponiya hələ də Kuril adalarının cənub hissəsinə iddia edir və Rusiyanın qeyri-qanuni işğalı altında olan ərazisi hesab edir. Azərbaycanla Ermənistan arasında heç bir mübahisəli ərazi yoxdur, 44 günlük müharibədən sonra Azərbaycan öz torpaqlarında suverenliyini bərpa edib. Düzdür, ermənilər Şərqi Zəngəzur ərazi vahidi yaradılandan sonra qorxuya düşüblər ki, Azərbaycan guya ərazi iddiası irəli sürmək fikrindədir. Ermənistan əksər ərazisi qədim Azərbaycan torpaqları olduğu tarixi faktdır, amma Prezident Əliyev də dəfələrlə bəyan edib ki, heç bir dövlətə ərazi iddiamız yoxdur. Şuşadakı son beynəlxalq konfransda Prezident sülh müqaviləsi imzalanmayan ölkələr olduğunu da görünür, təsadüfi xatırlatmayıb. Prezident “əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Tarix onlara dərs verməlidir” deyə, Prezident bildirib. Bu Ermənistanın hər hansı bəhanə ilə sülh sazişindən yayına bilməyəcəyi haqda daha bir xəbardarlıqdır. Şübhə yoxdur ki, Paşinyanla sabahkı görüşdə də bu xəbardarlığı bir daha edəcək...

Paşinyan vaxt uzatmaqda davam edərsə, bu danışıqlara 10 il çəkə bilməz. Azərbaycanın səbri, Paşinyanın zamanı tükənir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR