İnsanlara hürriyət, millətlərə istiqlal!

BU AN! Naxçıvanın Kərki kəndi QARIŞDI: Ermənistan-İran yolu BAĞLANDI - CANLI

3902 25.04.2024 13:36 Ölkə A A

Azərbaycanın işğal altındakı Kərki kəndidə məskunlaşmış ermənilər Ermənistan-İran dövlətlərarası yolunu bağlayıblar. Bu barədə Ermənistaın bəzi KİV-ləri məlumat yayıb. Bildirilib ki, parlamengtin deputatları Artur Sarkisyan və Aqvan Vardanyan da vətəndaşların yanında onlara dəstək verirlər.

Yolu bağlayan ermənilər Tavuş bölgəsində aparılan delimitasiyaya etiraz ediblər. Qeyd edək ki, Naxçıvan MR Sədər rayonunun Kərki kəndi hazırda işğal altında olan 4 esklav kənddən biridir. Kərki kəndi 1990-ci il yanvarın 19-da ermənilər tərəfindən işğal edilib. Ermənistan bu kəndi Tiqranaşen adlandırır.

Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən M-2 magistral yolu keçir.

4 kəndin qaytarılmasından sonra anklav olan digər 4 kənd də qaytarılacaq. Bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib. Abramyan bildirib ki, üçü Tavuş bölgəsində (Qazaxın anklav olan kəndləri-red), biri Ararat bölgəsində (Sədərəyin Kərki kəndi-red) olan bu kəndlərin qaytarılmasından sonra Ermənistan iflic vəziyyətinə düşəcək.

“Hökumətin təklif etdiyi alternativ yollar isə sadəcə sürünmək üçün bir şansdır. Yollarımız Azərbaycanın nəzarətinə keçəcək”, - o bildirib və bunu göstərmək üçün xəritə yayıb.

Qeyd edək ki, Kərki kəndi qaytarılacağı təqdirdə, Ermənistanın İrana çıxışı olan Şimal-Cənub marşrutu, Qazaxın Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndləri qaytarılacağı təqdirdə, Gürcüstana gedən magistral yolu ordumuzun nəzarətinə düşə bilər.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız AXP sədri Pənah Hüseyn olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR