İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu həftə 6 gün işləyəcəyik?

13448 30.04.2024 09:30 Ölkə A A

Bu il 9 May - Qələbə Günü (bayram günü) həftənin 4-cü günə təsadüf edir, mayın 11-i və 12-si isə istirahət günləridir.

Adətən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən hər il Azərbaycan Respublikasının Nazirlər Kabineti bayram günləri ilə qeyri iş günlərinin yerlərini dəyişdirir.

Bəs istirahət günlərinin ardıcıl olması üçün 10 may iş günü 4 may şənbə günüylə əvəz edilə bilərmi?

Bakıvaxtı.az məsələ ilə bağlı Nazirlər Kabinetinə sorğu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, hazırda belə bir məlumat yoxdur. (Bakıvaxtı.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR