İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu şadlıq evi 2 milyona satıldı: sökülür - FOTO

8707 06.05.2024 11:32 Ölkə A A

Bakının Xətai rayonu, Gəncə prospektində yerləşən “Şəms” şadlıq evinin söküntüsünə hazırlıq gedir.

Sakinlərin Axar.az-a verdiyi məlumata görə, ötən gündən başlayaraq şadlıq evinin kənarına dəmir qaynaq edilir və hasara alınır. Şadlıq evinin söküləcəyi bildirilir.

Qeyd edək ki, “Şəms” şadlıq evinin bir müddət öncə 2 milyon manata satıldığı haqda məlumat yayılmışdı. Satılmazdan öncə “Mərasim evi”nə çevrilən keçmiş şadlıq evi fəaliyyətini dayandırmış və müəyyən daxili söküntü işləri aparılmışdı. “Mərasim evi” isə yaxınlıqdakı binanın zirzəmisində fəaliyyətini davam etdirirdi.

“Şəms” şadlıq-mərasim evinin sökülərək yerində yaşayış binası tikiləcəyi ehtimal edilir.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR