İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu xəbər 15 saat ərzində Ermənistanda çaxnaşma yaratdı

1409 13.04.2024 17:30 Region A A

İrəvan məktəblərində və ticarət mərkəzlərində terror aktının hazırlanması ilə bağlı yayılan məlumatlar Ermənistanda çaxnaşma yaradıb.

Bu haqda informasiyalar 15 saat ərzində gündəmdə olub. Lakin Ermənistan hüquq-mühafizə orqanları məlumatların əsassız olduğunu açıqlayıb.

İrəvanda hesab edirlər ki, terror aktı ilə bağlı yayılan məlumatlar Rusiyanın Ermənistana qarşı təxribatıdır. Erməni baş nazir Nikol Paşinyanın ailəsinə məxsus olan "Haykakan Jamanak" qəzeti bu məsələni gündəmə gətirib.

Qəzetə danışan "Xristian demorkatlar" partiyasının vitse-prezidenti, politoloq Hayk Sukiasyan bildirib ki, terror aktı ilə bağlı xəbərlər Rusiyanın növbəti informasiya hücumlarından biridir.

"Məqsəd Ermənistanda çaxnaşma və qeyri-sabitliyin yaradılmasıdır. Məlumatı "Armenia konets" kanalı yayıb. Bu kanalın adı simvolik xarakter daşıyır. Belə vəziyyətin kimə sərf etdiyini anlamaq lazımdır. Hazırda bu məsələ Rusiya və onun 5-ci kalonu üçün prioritet məsələdir.

İnformasiya hücumu sistematik xarakter daşıyır. Əvvəlcə dəhlizin veriləcəyi ilə başlandı, sonra anklavlarla davam etdi, indi də deyirlər ki, Ermənistan kəndləri verir. Məktəblərdə terrorun olacağı haqda xəbərlərlə cəmiyyəti təşviş içində saxlayırlar. Validenylər övladlarını məktəbə göndərməkdən qorxur və baş verənlərə görə hakimiyyəti günahlandırırlar", - erməni politoloq bildirib və hər şeyə görə Rusiyanı günahlandırıb.//Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR