İnsanlara hürriyət, millətlərə istiqlal!

“CanSat Azərbaycan 2023” tələbə model peyk müsabiqəsinin final mərhələsi keçirilib FOTO

978 04.07.2023 17:47 Texnologiya A A

Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos tərəfindən təşkil olunan, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “CanSat Azərbaycan 2023” müsabiqəsinin final mərhələsi keçirilib. Tələbələr arasında keçirilən model peyk müsabiqəsinin finalı 4 iyul tarixində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hacıqabul şəhərində yerləşən hərbi hissəsinin açıq poliqonunda baş tutub.

Ümumilikdə ölkə üzrə 20-yə yaxın universitetdən 700-dən çox tələbənin yolu bu müsabiqədən keçib. Bu il keçirilən sayca 5-ci “CanSat” müsabiqəsi üzrə 14 universitetdən 42 komanda müraciət edib. Reallaşdırma, Layihələndirmə, Uçuş öncəsi yoxlamalar və Final uçuş mərhələsi uğurla keçirilib.

Komandalar əsasən elektronika, mexanika, proqramlaşdırma üzrə bilik və bacarıqlara malik bakalavr və magistr pilləsində təhsil alan tələbələrdən ibarətdir. 8 komandanın iştirakçıları ADA Universitetinin, Milli Aviasiya Akademiyasının, Xəzər Universitetinin, Sumqayıt Dövlət Universitetinin, UFAZ – Fransız-Azərbaycan Universitetinin, Bakı Ali Neft Məktəbinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələridir.

Final uçuş mərhələsi zamanı finalçılar hazırladıqları 500 qramlıq model peykləri raketlərin daxilinə yerləşdirib, 200 metr yüksəklikdən modelləri səmaya buraxıblar. Münsiflər heyəti tərəfindən müsabiqənin qiymətləndirmə meyarlarına uyğun olaraq qaliblər seçiləcək və 5 iyul tarixində komandaların təltifetmə mərasimində qaliblərin adları açıqlanacaq.

Qeyd edək ki, müsabiqəyə qatılan tələbələr unikal təcrübə və dəyərli hədiyyələr qazanmaq imkanı əldə ediblər.

İlk üç yerin sahibinə pul mükafatları təqdim olunacaq. Həmçinin müsabiqədə uğurla çıxış edən tələbələr Azərkosmosda təşkil olunan təcrübə proqramında iştirak etmək imkanı qazanacaqlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR