İnsanlara hürriyət, millətlərə istiqlal!

"Cəmi 1 aya Qarabağın hər qarışında bayrağımız dalğalanacaq!" - Paytaxt sakinlərindən OPTİMİST PROQNOZLAR VİDEO

701 22.09.2023 18:50 Reportaj A A

Məlum olduğu kimi, Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirləri 24 saatdan az müddətdə Qarabağda vəziyyəti dəyişdi, ermənilərin "artsax" mifi tamamilə məhv edildi.

Ötən gün isə Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçirildi. Görüşdən sonra Azərbaycan hökuməti bildirdi ki, Qarabağ ermənilərinin təmsilçiləri onlardan humanitar yardım istəyib. Artıq bu gün səhər Azərbaycan Qarabağ ermənilərinin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə yardım göndərib.

Bəs cəmiyyətimiz bu məsələləri necə dəyərləndirir? Bir sutkalıq tədbirlərin nəticələri barədə nə düşünürlər? Bundan sonra ermənilərlə bir arada yaşamaq fikrinə necə yanaşırlar? Bu gün yardımımızı qəbul edən ermənilər yaxın gələcəkdə bizim cəmiyyətin qayda-qanunları ilə ayaqlaşa biləcəkmi?

TV Müsavatın əməkdaşı bu suallarla Bakı sakinlərinə müraciət edib və onların fikirlərini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray,
Rafət Şahbazov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR