İnsanlara hürriyət, millətlərə istiqlal!

Çexiyada yüz min tonlarla meyvə məhv oldu: SƏBƏB

806 02.05.2024 23:03 Dünya A A

Aprelin sonunda Çexiyada qeydə alınan kəskin şaxtalar ölkədə əldə olunması gözlənilən 138 min ton meyvə məhsulunun 100 min tondan çoxunu məhv edib.

Musavat.com xəbər verir ki, bu barədə CTK xəbər agentliyi məlumat yayıb.

Çexiyanın Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, ölkədə rekord dərəcədə aşağı meyvə məhsulu olacaq. Bu, təxminən 30,3 min ton olacaq. Son 34 ildə Çexiyada ən aşağı meyvə məhsulu 2011-ci ildə toplanıb - 101 249 ton.

Kənd Təsərrüfatı Nazirliyi aprelin sonunda, gecə saatlarında civənin mənfi 14 dərəcəyə endiyi vaxtda Çexiyanın iqlimi üçün qeyri-adi şaxtalardan biznesi zərər çəkən fermerlərə yardım proqramı hazırlayıb. Bu proqramın gələn həftə respublika hökuməti tərəfindən təsdiqlənməsi gözlənilir.

Fermerlərin dövlətdən ümumilikdə 100 milyon kron (təxminən 4,7 milyon dollar) məbləğində maliyyə kompensasiyası alacağı proqnozlaşdırılır. Bundan əlavə, onlar Aİ-nin ixtisaslaşmış fondları tərəfindən dəstəklənməlidir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR