İnsanlara hürriyət, millətlərə istiqlal!

“Chevron”un planı Kiprin xoşuna gəlmədi, layihə geri qaytarıldı

569 02.05.2024 23:31 Dünya A A

Cənubi Kipr hakimiyyəti Amerikanın “Chevron” enerji korporasiyasının Kipr şelfindəki “Afrodita” qaz yatağının işlənməsi planını qəbul etməyib.

Musavat.com xəbər verir ki, bu barədə ada dövlətinin Energetika, Ticarət və Sənaye Nazirliyinin bəyanatında məlumat açıqlanıb.

Məlumatda qeyd olunur ki, ABŞ şirkətindən altı ay ərzində yeni təkliflər təqdim etməsi istənilib.

Qeyd edək ki, “Afrodita” yatağının işlənməsini “Chevron”, İsrailin NewMed Energy və BG Cyprus (Böyük Britaniya neft və qaz nəhəngi Shell-ə məxsus) neft və qaz şirkətinin birgə konsorsiumu həyata keçirir. Layihənin operatoru ABŞ şirkətidir.

2011-ci ildə kəşf edilən “Afrodita” dəniz qaz yatağının ehtiyatlarının 102 -170 milyard kubmetr arasında olduğu təxmin edilir. Yataqdan çıxarılacaq qazı Avropaya daşımalı olan qaz kəmərinin tikintisi ilə bağlı proseslər Türkiyənin etirazlarına görə faktiki olaraq durğun vəziyyətdədir.

Türkiyə yataqdan Kiprin hər iki dövlətinin yararlanmalı olduğunu, kəmərin ona məxsus ərazi sularından keçdiyini və bu səbəbdən Ankaranın da layihədə iştirakının təmin olunmasının gərəkdiyini bildirir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR