İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin 22 uçan aparatı Tayvana yaxınlaşıb – Həyəcan siqnalı

518 27.04.2024 12:06 Dünya A A

Tayvan ordusu adanın yaxınlığında Çin Xalq Azadlıq Ordusunun (PLA) 22 təyyarəsinin uçduğunu bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə adanın müdafiə departamentinin bəyanatında deyilir.

Bunlara “Su-30” qırıcıları, “KJ-500” havadan erkən xəbərdarlıq və nəzarət təyyarələri və pilotsuz uçuş aparatları daxildir. Departamentin qeyd etdiyi kimi, 12 təyyarə adada materik Çinlə şərti demarkasiya xətti hesab edilən Tayvan boğazının median xəttini keçib.

Tayvan 1949-cu ildən müstəqil dövlətdir. O zaman generalissimus Çan Kay Şin (1887-1975) başçılıq etdiyi Qomindan qüvvələrinin qalıqları ilə birlikdə Çində gedən vətəndaş müharibəsində məğlub olduqdan sonra Tayvana qaçıb və orada dövlət təsis edib. Pekin Tayvanı Çin Xalq Respublikasının əyalətlərindən biri hesab edir. ABŞ-nin dəstəyi nəticəsində Tayvan öz müstəqilliyini hələ də qoruyub saxlaya bilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR