İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən Rusiyanın hərbi-sənaye kompleksi üçün zəruri olan malların ixracı kəskin azalıb: Sanksiyalar...

446 23.04.2024 22:00 Dünya A A

Bu ilin mart ayında Çindən Rusiyaya maşın, avadanlıq və mexanizmlər, onların hissələri və aksesuarlarının birbaşa tədarükü kəskin azalıb. Çin Baş Gömrük İdarəsinin məlumatına görə, azalma 15 faiz təşkil edərək həcmi 2,9 milyard dollara düşüb.

Qeyd olunur ki, bu məhsul kateqoriyasında ixracda azalma 2022-ci ilin sonundan bəri ilk dəfə baş verib. Rusiya iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç əmindir ki, sanksiyaların təzyiqinə və qlobal bazardakı dalğalanmalara baxmayaraq, iki dövlət arasında iqtisadi əməkdaşlıq müsbət nəticələr verir. Beləliklə, 2023-cü ildə ikitərəfli mal ticarəti 23 faiz artaraq 227,8 milyard dollarlıq tarixi maksimuma çatıb. Bloomberg agentliyinin məlumatına görə, Çinin Rusiyaya ixracı mart ayında 16 faiz azalıb. Ukraynada müharibə başlayandan sonra Çindən Rusiyaya ixrac davamlı artım nümayiş etdirib, lakin son aylarda ikincili sanksiyalar böyük problemlərə səbəb olub.

Bloomberg Economics-in Rusiya iqtisadçısı Aleksandr İsakov bildirir ki, yeni reallıqlarda rus ixracatçıları Mərkəzi Asiyadakı vasitəçilərə müraciət etməli olurlar ki, bu da əlavə vaxt və yeni xərclər tələb edir.

SOTA Logistic-in biznesin inkişafı üzrə direktoru İqor Çernışev bildirib ki, 2024-cü ilin birinci rübündə Çindən Rusiyaya idxal ödənişlə bağlı çətinliklər səbəbindən təxminən on faiz azalıb. Çin bankları Rusiyadan gələn bütün ödənişlərin yarısından çoxunu rədd edir.

ATI.SU yük birjasının təsisçisi və direktoru Svyatoslav Vildenin sözlərinə görə, Amerika sanksiyaları transsərhəd ödənişləri də çətinləşdirib. PEK-in ortaq sahibi və direktor müavini Vadim Filatov qeyd edir ki, əvvəllər Çinlə ticarəti iki-dörd günə ödəmək mümkün idisə, indi proses üç-dörd həftəyə qədər uzanır.

Gömrük və logistika brokeri KBT-nin prezidenti Yuliya Şlenskaya öz növbəsində əlavə edib ki, vəsaitlərin köçürülməsi ilə bağlı çətinliklər bütün prosesləri ləngidir, çünki alış-verişin necə ödəniləcəyi bəlli deyil.

Çin bankları martın sonunda Rusiyadan ödənişləri bloklamağa başlayıb. Xüsusilə, Pekin uzunmüddətli müqavilə olsa belə, elektronikanın yığılması üçün komponentlərə görə Rusiya ödənişlərini rədd etməyə başlayıb.

Çin tədarükçüləri tərəfdaşlarına Çin bankları vasitəsilə Rusiya hüquqi şəxslərindən ödəniş almadıqları barədə məlumat veriblər. Bundan sonra təşkilatlar elektronikanın yığılması üçün komponentlərin və dəstlərin tədarükünü əngəlləməyə başladılar. Aprel ayında ödənişlərlə bağlı problem pik həddə çatıb.

Çində ödənişlərlə bağlı problemlər “problem yaradan” üçüncü ölkələrin müdaxiləsi ilə izah olunur. Həmçinin bir sıra maliyyə təşkilatları diqqəti transsərhəd əməliyyatlara yönəltmək, sanksiyalar siyahısında olan müştərilərlə əlaqələri kəsmək və Rusiya hərbi sənayesinə hər hansı xidmət göstərməkdən imtina etmək qərarına gəliblər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR