İnsanlara hürriyət, millətlərə istiqlal!

Corc Soros: zamanının Mavrı, “Açıq Cəmiyyət” imperiyasının sahibi...

2019 17.12.2022 15:23 Analitika A A

Tarixdə sərvəti, dahiliyi və siyasi təsirinin hər şeyə qadir olmasına həddindən artıq  inanan çoxlu sayda şəxsiyyətlər olub. Müasir tibb elmi bu halı özünüdərk və davranış pozgunluğu adlandırılan  “meqoloman”, sadə dildə desək öz  “dahiliyinin həşəmətinə inanmaq”  sindromlu psixi pozğunluq kimi dəyərləndirir.

Çağdaş dövrün görkəmli meqolamanı adlandırıla biləcəyimiz şəxs, heç şübhəsiz siyasi infrastrukturları ilə bütün dünyada şəbəkələşmiş  “Açıq Cəmiyyət” imperiyasının sahibi Jorc Sorosdur.

Siyasi infrastruktura qoyulmuş 32 milyard dollarlıq “investisiya”

 43826.jpg (43 KB)

Sorosu tanımayanlar üçün, onun nüfuzunu təsəvvür etmək üçün 2013-cü ildə, 83 yaşında, üçüncü evliliyinin toyu günü mərasimə qatılan qonaqların  siyahısına baxmaq kifayətdir -  “Dünya Bankının” prezidenti Cim Yonq Kim, “Beynəlxalq Valyuta Fondunun”  icraçı direktoru Kristin Laqard, Estoniya prezidenti Toomas Hendrik İlves, Liberiya prezidenti Ellen Conson Serlif, Albaniyanın baş naziri Edi Rama, ABŞ Nümayəndələr Palatasının rəhbəri  və belə statusda olan daha beş yüz dəvətli..

“Forbs” dərgisinin məlumatlarına görə  8,6 milyard xalis sərvətə malik Soros qlobal səviyyədə siyasi proseslərə təsir imkanları əldə etmək üçün bu illər ərzində Açıq Cəmiyyət Fonduna  nə az, nə çox  32 milyard dollar vəsait xərcləyib.

Dünya tarixində siyasi infrastrukturların formalaşması üçün bu qədər maliyyə xərcləyən ikinci bir şəxs yoxdur. Bu məbləği,  ölümsüzlüyünə inanan, meqoloman Sorosun tarixdə əbədi iz buraxmaq üçün ödədiyi hesab kimi qəbul etmək olar.

İnsayder fırıldaçılığı

 1455193793_4.jpg (34 KB)

Həyatının böyük hissəsini ABŞ investisiya fondlarında maliyyə qazanmağa həsr etmiş Sorosun maliyyə dünyasında ayaması “xaosun memarı” kimi ifadə olunur.

Bulanıq sulara qarmaq atmağı,  xaosun hökm sürdüyü yerlərdə peyda olmağı adət etmiş Soros ilk milyardını 1992-ci ildə Böyük Britaniyanın milli valyutasının çökməsi ilə əldə edib. Həmin il İngiltərədə bank böhranı dərinləşəndə Britaniya valyutasını kütləvi şəkildə alan Soros sonra onu anında sataraq  bir gün ərzində 1 milyard dollar qazanıb.

Ancaq bununla Britaniya milli valyutasının qiymətini kəskin ucuzlaşdırıb və funt sterlinq dəyər itirib.

https://www.forbes.com/sites/steveschaefer/2015/07/07/forbes-flashback-george-soros-british-pound-euro-ecb/?sh=b24079f61315

Bir neçə il sonra  eyni birja dələduzluğunu Tailand milli valyutası - baht  ilə də edildi və bu ölkənin milli valyutasını qiymətsiz kağıza çevirməklə Soros milyardlar qazandı.  

https://www.businessinsider.com/how-george-soros-broke-the-bank-of-thailand-2016-9

1997-98-ci illərdə Asiya maliyyə böhranı zamanı Soros hər ay bir ölkənin milli valyutasına hücum etməklə milyardlarını kəskin artırdı.

https://news.cgtn.com/news/2019-08-14/How-Hong-Kong-survived-the-1998-financial-crisis-J9lwvZrsNq/index.html

Eyni dövrdə - 1998-ci ildə “Rusiya hökuməti texniki defolta gedəcək” xəbərini sızdırmaqla Soros birjada məzənə sıçrayışları əməliyyatlarından bir gündə öz varidatını bir neçə milyard artırdı.

https://www.forbes.com/sites/kenrapoza/2015/01/08/george-soros-warns-of-russia-default/?sh=235ec9913f24

Bu birja əməliyyatlarının - faktiki olaraq, insayder fırıldaqçılığının -  hamısında “maliyyə məsləhəti” Sorosun rəhbərlik etdiyi insayder şirkətlərindən gəlib, hökumətlər isə öz sıralarındakı Sorosla gizli və ya açıq əməkdaşlıq edən kadrların israrı ilə bu  məsləhətlərə qulaq asmalı olublar.

Məhz bu hadisələrdən sonra dünyada yerli hökumətlərə aydın oldu ki, Sorosun xeyriyyəçilik fəaliyyətinin əsas hədəfi xaosun yaradılmasıdır. Və onu, tam haqlı olaraq, “xaosun memarı” adlandırmağa başladılar.

Təbii ki, bu məqam xaosun memarını öz taktikasını dəyişməyə vadar etdi və dünya siyasəti çiçəkli-rəngli inqilablar mərhələsinə qədəm qoydu.

Yeni taktika

 2013-0510-steinz-romania-frumusa.jpg (88 KB)

Əsl adı Dyerd Şoroş olan macar yəhudisi Soros fəaliyyətinin ilkin illərində, xeyriyyə təşkilatı kimi təqdim edilən Açıq Cəmiyyət İnstitutunu  təsis etməzdən əvvəl  “Helsinki Watch” adlı təşkilatda təcrübə keçib.

https://www.theguardian.com/world/2010/sep/07/george-soros-100-million-human-rights-watch

Məlumat üçün deyim ki, “Human Rights Watch” təşkilatıı qlobal səviyyədə genişlənməzdən öncə məhz “Helsinki Watch” adını daşıyırdı.

HRW- Human Rights Watch təşkilatının qlobal genişlənmə dövrünə təsadüf edən 1993-2012-ci illər ərzində Jorc Soros təşkilata qrant və ianə qismində nə az, nə çox 100 milyon dollar maliyyə xərcləyib.

Həyatın çox hissəsini ABŞ-da yaşayan  Jorc Soros  80-ci illərin sonlarında SSRİ-i və kommunist-sosialist sisteminə aid olan ölkələrə köç edir.

1991-ci ildə məqalələrinin  birində SSRİ-nin dağılmasında xidməti olduğunu etiraf edən Soros bəyan edir ki, o ilkin məqsədinə nail olub və kommunist sistemi artıq dağılıb.

https://www.newyorker.com/magazine/1995/01/23/the-world-according-to-soros

Bundan sonra o, səylərini SSRİ-i nüfuz dairəsinə aid olan ölkələrdə açıq və şəffaf cəmiyyətlər  yaratmaq istiqamətinə yönəldir.

https://www.newyorker.com/magazine/1995/01/23/the-world-according-to-soros

Bununla, Soros  bu coğrafiyanın maddi-mənəvi resursların bölüşdürülməsində cəmiyyətlərin, xalqların maraqlarının müdafiəçisi  olacağını  elan edir.

Belə ülvi məqsədə xidmət iddiasında olan birinin səmimiyyətini  dəyərləndirmək üçün , həmin illər ABŞ-ın biznes mühitindəki vəziyyətlə tanış olmaq, xeyriyyəçi biznesmen Sorosu ölkədən getməyə vadar edən real səbəbləri öyrənmək lazım gəlir.

Həmin illər ABŞ-in ən yeni tarixində, ölkədə biznes mühitində şəffaflıq və hesabatlığı təmin edən bir neçə mütərəqqi qanun qəbul olunmuşdu. ABŞ hökuməti bu qanunları ölkədə geniş yayılmış  xeyriyyəçilik adı altında kütləvi vergilərdən yayınma , çirkli pulların dövriyyəsi ilə mübarizə çərçivəsində qəbul etmişdi.

Belə qanunlardan ən vacibi heç şübhəsiz ki, 1986-cı ildə qəbul edilən  “ABŞ Vergi İslahatı Aktı”  idi.

https://www.congress.gov/bill/99th-congress/house-bill/3838

Qanunun qəbul olunması  ABŞ-da investorların xeyriyyəçilik adı altında pərdələnib, çirkli pulların dövriyyəsi ilə milyardlar qazanması erasının sona çatması demək idi. Həmin illər ABŞ biznes elitası tarixində çoxsaylı səs-küylü həbslər, çoxmilyonluq maliyyə cəzaları və sanksiyalarla yadda qaldı.

Ölkənin Vergilər Nazirliyinin rəsmi məlumatlarına görə, 1969-cu ildən ölkədə fəaliyyət göstərən  xeyriyyəçi maqnat Sorosun rəhbərlik etdiyi Quantum investisiya qrupu, vergi ödəyicisi kimi reyestrə rəsmi olaraq yalnız 1986-ci ilin sonunda düşüb.

https://www.quantumgroup.com.au/currentoffering/product.php

Ondan öncə ABŞ-da fəaliyyət göstərdiyi 17 il ərzində şirkət ölkə büdcəsinə bir qəpik belə vergi haqqı ödəməyib.  Yeni qanunun tələbi ilə ölkədə yaranan yeni biznes mühitində şəffaflıq şərtləri ilə işləməyə razılaşmayan Soros 1986-ci ildə amerikalı iş adamı qismində SSRİ-yə üz tutur.

Qorbaçov ailəsi ilə yaxınlığı

 47225147_605.jpg (47 KB)

SSRİ-də o illərdə tüğyan edən iqtisadi problemləri aradan qaldırmaq üçün hökumət şəffaflıq, siyasi plüralizm , aşkarlıq tezisləri ilə yenidənqurma adlı islahatlara start vermişdi. O illər yenidənqurma, aşkarlıq hərəkatı ilə köhnə bazarın yeni qaydalarla toqquşmasından yaranan fəsadlar ölkəni xaosa bürümüşdü və bu xaosun izləri hər gün daha da dərinləşirdi.

İslahatlar yeni tələblər formalaşdır, hökumətin təklifləri isə cəmiyyət və ən əsası siyasi elitanın islahatçı qanadının  ürəyincə olmadığı üçün ölkədə, faktiki olaraq, siyasi hakimiyyətin dəstəklədiyi etirazlar başlamışdı.

Ölkədə etirazların arealı günbəgün deyil, saatbasaat genişlənir, bütün ölkəni bürüyürdü. Hökumət  müvəffəqiyyətsiz və faydasız əks addımlarla qəddini düzəltməyə,  genişlənən etirazları sakitləşdirmək ümidi ilə cəmiyyətə yönəlik ciddi açılımlara gedirdi.

Bunlardan biri də siyasi hakimiyyətin yenidənqurma və aşkarlıq hərəkatının əməldə sübutu kimi, uzun illər sürgündə olan  sovet dissidentləri üçün qapıları açması idi.

Uzun illər sürgündə olan dissidentlər 1986-ci ilin əvvəlindən başlayaraq öz doğma evlərinə, doğma şəhərlərinə, ən əsası da Moskvaya dönə bildilər. Sürgündən  dönən sovet dissidentlərinin biri, dünyaca məşhur nəzəriyyəçi  fizik, Nobel sülh mükafatçısı, akademik Andrey Saxarov idi.

Burda bir haşiyə açım ki, 80-ci illərdən sonra sürgündə olan sovet alim və yazıçıları beynəlxalq ictimaiyyətin siyasi gündəliyində vacib yerlərdən biri tuturdu və onların aqibəti ilə bağlı məsələlərə konfranslar, sərgilər , festivallar və s. kimi vacib mədəni tədbirlər təşkil olunurdu. Xaricdə sovet dissidentlərinə həsr olunan bu tədbirlər sürgündəki alım və yazıçıların həyatını asanlaşdırmır , əksinə onlara daha ciddi təzyiqlərə səbəb olurdu.

Ancaq bir dəyişməz və müzakirəsiz fakt o idi ki, bu illər ərzində Qərb ölkələrində atılan belə addımlar sovet dissidentlərini ölümdən xilas edirdi.

Akademik Saxarov hələ sürgündə olarkən ABŞ və Avropada ona dəstək və geniş beynəlxalq müdafiə kampaniyaları təşkil edən şəxslər və təşkilatlarla məktublaşırdı.

https://www.opensocietyfoundations.org/voices/yuri-orlov-and-the-legacy-of-helsinki-watch

Bunlardan biri də İkinci Dünya müharibəsində faşist Almaniyası tərəfindən repressiyalara məruz qalmış  amerikalı iş adamı idi.

Corc Sorosla tanışlığı haqqında Saxarov öz  xatirələrində yazırdı ki, Helsinki Watch təşkilatı adından  olan məktubların vasitəsi ilə ABŞ-dan olan bir iş adamı, macar yəhudisi ilə tanış olub. Həyatının bu mərhələsində siyasi elitanın sevimlisindən repressiyalara məruz qalaraq, sürgün  edilmənin stressini yaşayan Saxarovu öz toruna salmaq Sorosa elə də çətin olmur. Elə ilk təmasda Soros akademik Saxarovu əsirlikdə keçirdiyi çətin uşaqlığının manifesti ilə təsirləndirir və onu oxşar talenin daşıyıcısı olmasına inandırır.

Bu Sorosun həyatda bacardığı ən yaxşı üsulu - manipulyasiya idi.

Əlbəttə, bu manifestdə Soros əsirlikdə olanda faşistlərlə iş birliyində olub, yəhudi ailələrin var-dövlətini ələ keçirən  biri tərəfindən oğulluğa götürülməsi kimi detallar haqqında susur.  Hərçənd, milyarderin varidatının mayası yəhudi ailələrinin qatili, öldürülən yəhudilərin varidatının ələ keçirməklə varlanmış atalığından Jorca qalan  mirasla yoğrulmuşdu...

Soros Moskvaya qayıdan akademik Saxarov ilə uğurunun “reseptini”  bölüşür və ona mədəniyyət və  təhsil fondun təsis etmək və maliyyələşdirmək təklif edir. Saxarov isə elə ilk görüşündə bu ideyanı baş katib Mixail Qorbaçovun ailəsinə çatdırır.

Beləliklə, akademik amerikalı iş adamının Kremllə mehriban münasibətlər qurmasına vəsilə olur.

Tezliklə səxavətli xeyriyyəçi, amerikalı iş adamı Soros dəyərli hədiyyələr hesabına ələ aldığı Raisa Qorbaçovanın öncə məşvərətçisi, daha sonra isə  birgə təsis etdikləri “Mədəniyyət Təşəbbüsü” adlandırılan fondunun  həmtəsisçisi olur.

Az sonra “Mədəniyyət Təşəbbüsü Fondu” ideyasının  ətrafına SSRİ-nin siyasi elitasından istər yaşlı , istərsə də gənc dəstəkçilər, fondun özündə isə yenidənqurma ideyasının qızğın müdafiəçiləri  olan gənc DTK kadrları toplaşır.

2016-cı ildə müsahibələrin birində Soros o illərdə SSRİ də belə genişlənə bildiyi üçün yenidənqurmaya fəal dəstək verən, bu ideyanın qızğın müdafiəçilərinə çevrilən gənc DTK-çılar qrupuna minnətdar olduğunu etiraf edir.

SSRİ-dəki Soros QHT şəbəkəsi

 2172.jpg (189 KB)

Qorbaçov ailəsi ilə yaxınlıq və DTK-dan olan dəstəkçiləri hesabına Sorosun Moskvada təsir imkanları genişlənir. Çox qısa müddətdə milyarder Rusiyada “ İctimai Verdikt” Hüquq Müdafiə Təşkilatını, “Tarixi Memorial” təşkilatını, “Sosial və Əmək Hüquqları Hüquq Mərkəzini”  və ən əsası isə  qalmaqallı sosioloji sorğu mərkəzi olan “Levada Mərkəzini” kimi QHT-lər yaradır.

O illərdə  təsis olunan “Açıq Rusiya”, “Karnegi Moskva Mərkəzi”, “SOVA”, “Saxarov Mərkəzi”, “Lebed İntellektual Hərəkatı” və digər təşkilatlar bir başa onun maliyyəsi ilə fəaliyyət göstərən  QHT şəbəkələri olur.

Bu şəbəkələr  post sovet coğrafiyasında yaranan və təcrübəsi daha sonra  bütün dünyaya yayılan Soros QHT və media şəbəkəsinin pionerləri idi.

Qısa bir müddətdə ölkə boyu Sorosun maliyyəsi ilə xeyriyyəçilik, humanitar və maarifləndirici layihələr adı altında fəaliyyət göstərən QHT şəbəkələri toru hörülür.

Bu şəbəkələr və onların simaları öz ölkələrində kənar sifarişləri həyata keçirən kənar nüfuz agentlərinə transformasiya olunurlar.

Həmin illərdə Sorosun maliyyəsi ilə bu şəbəkənin ölkəni necə dəyişməsi haqqında aydın təsəvvürlər isə yalnız illər sonra məlum oldu. Şəbəkənin üzvləri olan yazıçılar, alimlər, hüquq müdafiəçiləri, siyasətçilər  məhz  10 ildən sonra hansı tələyə düşdüklərini  anladılar.

Sorosun vəsaiti ilə maliyyələşən QHT-lər bir  müddətdən sonra “bəslədikləri” alim, yazıçı, hüquq müdafiəçiləri və siyasətçilərinə tələblər irəli sürməyə başlayır.  Məsələn, iqtisadi QHT-lərin qarşısında siyasi elitaya hansı iqtisadi modelin lobbiçiliyini aparmaq tələbi qoyulur. Tarixçi alimlərin qarşısına tarixin hamıya məlum faktların təhrif olunması ilə yazmaq tələbi irəli sürülür. Hüquqşünaslar və hüquq  müdafiəçilərinə kimləri müdafiə etmək, reallığı əks etdirməyən hesabatlar hazırlamaq kimi sərt tələblər qoyulur.

Ən ciddi tələblər  isə sorğu mərkəzlərinin qarşısında olur, onların işlərinə ciddi müdaxilə edilir.  Məsələn, sorğu mərkəzlərindən rəhbərləri şəbəkə üçün arzu edilməz şəxslər olan  dövlət qurumları haqqında neqativ rəylərin hazırlanması tələb olunur.

Nəticələrində əhalinin düşüncə və əhval ruhiyyəsinin yanlış ifadəsi əks olunmuş sorğuların  tərtib edilməsi istənilir. Siyasi elitada ələ alınmış məmurlara belə məlumatların ölkə rəhbərliyinə çatdırılması,  kadrların hara yerləşdirilməsi tövsiyələri gəlir, kimlərə qapı açmaq  lazım olduğunu söylənilməsi və s. tələb olunur.

Nəticədə, bir neçə il  ərzində təhrif olunmuş hesabatlar, reallığı əks etdirməyən sorğular, yalançı iqtisadi modellərin təqdimatı ilə aparılan islahatlar dalğasında ölkə səfalətə çevrilir, iflic olunmuş sistem çökür. 1991-ci ildə SSRİ-nin dağılması faktı rəsmiləşir.

Sorosun kommunist sistemi ölkələrinə köç etməsinin əsl  izahı bu idi. Öz ölkəsində açıq və şəffaf  işləmək tələblərinə boyun əymək istəməyən  milyarder,  yeni, offşor bazarlar axtarışına çıxır , bunlar isə heç bir bazar qaydaları olmayan sosialist və postsovet ölkələri olur.

Ancaq bu dəfə Soros taktikasını dəyişir.

Çiçəkli, rəngli inqilablar

Serbiya, Belqrad, 2000-ci il 

 ed737387r633f43343.jpg (50 KB)

1998-ci il noyabrın əvvəlində qeyri-zorakı mübarizə üsullarının əvvəlcədən düşünülmüş strategiyası ilə Belqradda küçə aksiyaları ilə etirazlara start verilir. Proseslər Belqrad Universitetində “Otpor” tələbə hərəkatının rektoru istefaya getməyə məcbur etməsi ilə başlayır  və daha sonra “Otpor” siyasi komitəsi bölgələrdə  bölmələrinin yaratmaq qərarı alır.

NATO-nun Serbiyanı bombalamağa başlaması ilə Otpor  kölgəyə çəkilir və bir də bombardman başa çatdıqdan sonra, 1999-cu ilin avqust ayında fəaliyyətini yenidən bərpa edir. Fəaliyyətini bərpa etməkdə onlara Sorosun Açıq Cəmiyyət fondunun qrantları yardımçı olur. Elə həmin il qrant maliyyənin hesabına təşkilat bütün Serbiyada ofis üçün binalar icarəyə götürməyə başlayır.

Əvvəlcə Otpor Serbiyanın dörd universiteti və bir neçə böyük şəhərdə fəaliyyət göstərirsə, 2000-ci ilin fevralında Serbiyada onların 160 ofis və icma mərkəzi  var idi. Beləliklə təşkilat adı “tələbə hərəkatından”dən , “xalq  hərəkatın”a çevrilir.

Serbiyada Açıq Cəmiyyət Ofisinin 1991 -2003 cü illərdə rəhbəri dissident hərəkatının veteranı, hələ 1966-cı ildən Tito rejiminə qarşı mübarizə aparan Sonya Lixt idi.

https://www.concordia.net/community/sonja-licht/

Etirazların pik vaxtında Soros Serbiya dövləti üçün yol xəritəsi hesab olunan təkliflər irəli sürür  və seçkidə qalib olan novbəti president bu təklifləri öz strategiyasının ana bəndləri edir.

https://www.project-syndicate.org/commentary/opening-the-balkans?barrier=accesspaylog

2003-cü il, Gürcüstan seçkiləri 

 _91546840_georgiaflagunm5oct16af.jpg (91 KB)

Ən yeni tarixdə Gürcüstanda Şevarnadzenin devrilməsi ilə başlayan, daha sonra digər postsovet ölkələrə sıçrayan çiçəkli-rəngli inqilabların müəllifi kimi tanınan Soros,  nədənsə, bu haqda təzadlı etiraflar edir. 2004-cü il mart ayında  Ukraynada səfərdə olarkən  mediaya verdiyi açıqlamasında  jurnalistlərə Şevarnadzenin devrilməsi ilə hər-hansı əlaqəsinin  olmasını  inkar edir: “Gürcüstanda inqilabı mən yox, gürcü xalqı etdi , mənim bununla heç bir əlaqəm yox idi”.

http://news.bbc.co.uk/2/hi/europe/3588115.stm  

Amma cəmi bir neçə ay sonra ABŞ-da  “Los Angeles” dərgisinə verdiyi müsahibəsində Soros Gürcüstanda inqilabın təşkilatçıları qismində olduğunu və bununla fəxr etdiyini bildirib.  https://www.latimes.com/archives/la-xpm-2004-jul-05-fg-soros5-story.html

Gürcüstanda  seçkinin gedişatı  rəsmi nəticələrin  “müstəqil” exit-polların nəticəsindən kəskin fərqlənməsinə qəzəblənən kütlənin küçələrə tökülməsi ilə dəyişmişdi. 2003-cü il noyabrın 5-də seçkinin nəticəsinə təsir edən  exit-polların təşkilinə Sorosun Açıq Cəmiyyət Fondu 42 milyon dollar vəsait  xərcləyib. https://www.theguardian.com/news/2018/jul/06/the-george-soros-philosophy-and-its-fatal-flaw .

Ukrayna ilə Qırğızstan da eyni aqibəti yaşayır, ancaq onların nümunəsində Sorosun üsullarının heç də həmişə çiçəkli, rəngli olmadığı aydın olur.

Sorosun postsovet ölkələrindəki siyasi infrastrukturları, onların təsir mexanizmləri, alətləri və nüfuz agentləri haqqında növbəti yazımızda.

Politoloq Yeganə Hacıyeva

WhatsApp Image 2022-12-17 at 15.20.29.jpeg (56 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR