İnsanlara hürriyət, millətlərə istiqlal!

Çuvaşiya BOMBALANDI, xeyli YARALI var: Moskvanı VURAN raket alınır - CANLI

736 09.12.2025 14:44 Siyasət A A

Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının Rusiyanın Çeboksarı şəhərinə hücumu nəticəsində xəsarət alanların sayı artıb. Çuvaşiya hökumətinin nümayəndələri xəsarət alanların sayının 14-ə çatdığını açıqlayıb. Çuvaşiya Baş nazirinin müavini Vladimir Stepanovun sözlərinə görə, hücum zamanı bir uşaq xəsarət alıb, yaşayış binalarına ciddi ziyan dəyib.

Qeyd edilib ki, hücumun nəticələrinə görə, Çeboksarı şəhərinin bir sıra əsas magistral yollarında müvəqqəti hərəkət məhdudiyyətləri tətbiq olunub.

Çexiyanın LPP şirkəti “Narvhal” adlı yeni uzaqmənzilli qanadlı raketinin Ukraynaya verilməsi planlaşdırılır. “RBK-Ukrayna” “Aktualne”yə istinadən məlumat yayıb.

Məlumata görə, sınaqların son mərhələsi Ukraynada olacaq, raket Rusiya ordusuna qarşı döyüş şəraitində yoxlanılması üçün təhvil veriləcək. İlk döyüş tətbiqinin 2026-cı ilin yanvar–fevral aylarında həyata keçirilməsi planlaşdırılır, mart ayında isə Çexiyada raketin kütləvi istehsala başlanılacaq.

“Defense Express” analitiklərinin qiymətləndirməsinə görə, “Narvhal” hədəfləri 680 km məsafədə vurmaq imkanına malikdir. Bu isə Moskvaya və ya strateji bombardmançı təyyarələrin yerləşdiyi Enqels aviabazasına çata bilmək üçün kifayətdir.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi şərhçi Elçin Xalidbəyli ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR