İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıstanda terrorçu-diversantın cinayət ortağı saxlanılıb

453 20.04.2024 18:38 Dünya A A

Dağıstanda təhlükəsizlik qüvvələrinin nümayəndələri 2014-cü ilin iyulunda üç dəstə üzvü ilə birlikdə Daxili İşlər Nazirliyinin istefada olan polkovniki Aytemir Səlimqereyevə divan tutan yaraqlı Oleq Şalyapinin 48 yaşlı qadın ortağını saxlayıblar.

Musavat.com xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

Xəbərdə şübhəlinin adının Lipa olduğu aydınlaşdırılır, soyadı açıqlanmır. Qadın 2014-2015-ci illərdə qanunsuz silahlı qruplaşmada iştirakda ittiham olunur. İstintaqın məlumatına görə, Lipa M. Qızılyurt terror qruplaşmasının lideri Şalyapinə yemək verirmiş. Saxlanılan şəxs barəsində cinayət işi açılıb. İndi onu 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Həmin vaxt dəstə üzvləri Daxili İşlər Nazirliyinin polkovniki Səlimqereyevə hücum ediblər. Terrorçu diversantlar Qızılyurt şəhərində zabitin evinə soxulub və işgəncələrdən sonra onun başını kəsiblər. Dörd hücumçunun hamısı sonradan antiterror əməliyyatları zamanı məhv edilib.

Oleq Şalyapinin özü 2015-ci ilin fevralında Qızılyurt rayonunun Neçayevka kəndində öldürülb. Həmin il may ayının əvvəlində Qızılyurt qrupunun digər fəal üzvü Şamil Abdulxalikov Qızılyurtda sənədləri yoxlanılarkən özünü partladıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR