İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha 22 “Starlink” peyki orbitə çıxarıldı

855 24.09.2023 20:33 Texnologiya A A

“SpaceX” şirkəti qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 ədəd “Starlink” peyklərindən ibarət növbəti qrupu orbitə çıxarıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, daşıyıcı raket Florida Ştatında yerləşən 40-cı start kompleksindən fəzaya buraxılıb.

Bu, 2019-cu ildən bəri internet peyklərinin orbitə çıxarılan sayca 110-cu qrupudur.

“SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,1 mindən çox peyk buraxıb. Onların 4,8 mini işlək vəziyyətdədir.

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Kompaniyanın qiymətləndirməsinə əsasən, 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR