İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir briqada Xankəndiyə yola salındı - VİDEO, YENİLƏNİB

2977 30.09.2023 21:16 Qarabağ xəbərləri A A

Bu gün 7 təcili tibbi yardım avtomobili həkim heyəti ilə Xankəndiyə yola düşür.

Heyət Xankəndidə təcili tibbi yardım və müayinə işinin təşkili məqsədilə göndərilir. (APA)

***

Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndiyə yola salıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu gün 5 təcili tibbi yardım avtomobili həkim heyəti ilə birgə təcili tibbi yardım və müayinə işinin təşkili məqsədilə Xankəndiyə göndərilib.

Təcili tibbi yardım briqadası Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Qeyd edək ki, lokal xarakterli antiterror əməliyyatından sonra Qarabağda yaşayan erməni sakinlərinin ehtiyaclarını ödəmək məqsədilə yanacaq, ərzaq və digər təminatlarla yanaşı, əhalinin zəruri tibbi ehtiyaclarının ödənilməsi işləri diqqətdə saxlanılır. 30 sentyabr tarixində təcili tibbi yardım briqdasının göndərilməsi də bu məqsədlə həyata keçirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR