Amerikalı nüvə fiziki və Massaçusets Texnologiya İnstitutunun Füzyon Mərkəzinin direktoru Nuno Loureiro ABŞ-da güllələnərək öldürülüb.
Musavat.com xəbər verir ki, bu barədə "USA Today" qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Müstəntiqlərin sözlərinə görə, alim dekabrın 15-də Bruklindəki evində güllə yaraları ilə tapılıb. O, xəstəxanaya yerləşdirilsə də, ertəsi gün vəfat edib. Qətllə bağlı cinayət işi açılıb və cinayətkarın axtarışı davam edir.
Nuno Loureiro Portuqaliyada anadan olub və 2005-ci ildə ABŞ-a köçüb. 2016-cı ildən bəri Massaçusets Texnologiya İnstitutunda əvvəlcə Plazma Fizikası və Füzyon Mərkəzinin direktor müavini, daha sonra isə direktor vəzifələrində çalışıb.
Musavat.com






