İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəmir yolu xətlərinə 37 dəfə kənar əşya qoyulub

1074 29.10.2025 12:41 Ölkə A A

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC qatarlarının maşinistləri qatar yoluna kənar əşyalar qoymaq səbəbindən 37 dəfə təcili tormozlama ediblər.

Bu barədə Musavat.com-a ADY-dən məlumat verilib.

Bildirilib ki, nəticədə sərnişinlərin və qatar heyətinin həyatına təhlükə, həmçinin qrafikdə gecikmələr yaranıb.

Hadisələrin əksəriyyətində relslər üzərinə qəsdən daş düzülməsi halları müşahidə olunub.

Xatırladaq ki, bu cür məsuliyyətsiz hərəkətlərlə qatarlara ziyan vuranlar Azərbaycan qanunvericiliyi əsasında məsuliyyətə cəlb olunurlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR