İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”

2175 19.04.2024 15:20 Ölkə A A

Uşaq məktəbə gedir ki, dərs oxusun, öyrənsin. Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gəlir?

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, indi istəyirlər ki, uşaqlar məktəbə getməsin, evdə otursun:

“Əgər məktəbəqədər təhsil müəssisələrin sayı əhatə dairəsinə görə Bakıda 25%, rayonlarda isə 10%-i keçmirsə, bu uşaq harda təhsil almalıdır? Hindistanda belə qanun var idi ki, ancaq varlılar oxuya bilər. Vətəndaş övladını evinə yaxın məktəbə gətirir, uşağın birinci sinifdən qeydiyyatdan keçirməyə böyük ansambıl düzülüb, müsabiqə keçirirlər. Nə müsabiqə keçirir? Harada göstərilib bu? Hansı qanunda göstərilib? Hərə özündən qanun qəbul edib, təhsilə mane törətməsin”./Yenisabah.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR