İnsanlara hürriyət, millətlərə istiqlal!

Di Mariya ölümlə hədələndi

654 26.03.2024 22:27 İdman A A

"Benfika"nın yarımmüdafiəçisi Anxel Di Maria ölümlə hədələnib.

Bu barədə "Daily Mail" məlumat yayıb.

Argentinalı futbolçu Rosarionun kənarındakı evində olarkən hədələnib. Evin ətrafına maşından təhdid mesajı olan paket atıblar.

Mesajda bildirilir ki, Di Mariya şəhərə qayıdarsa, hətta əyalət qubernatoru Maksimiliano Pullaro belə onların təhlükəsizliyinə zəmanət verə bilməyəcək.

Daha əvvəl Di Mariya karyerasını yetirməsi olduğu "Rosario Sentral"da bitirmək istədiyini açıqlamışdı.
Di Maria 2023-cü ildən "Benfika"da çıxış edir.Onun klubla müqaviləsi 2024-cü ilə qədərdir.

Xatırladaq ki, Di Maria əvvəllər "Yuventus", PSJ, "Mançester Yunayted" və "Real Madrid"də çıxış edib./BAKU.WS 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR