İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanı YENİ TƏHLÜKƏ gözləyir: "Bu, çox qorxuludur..."

1567 02.05.2023 14:45 Texnologiya A A

Süni intellekt sahəsinin qabaqcıllarından olan 75 yaşlı alim Geoffrey Hinton bu yaxınlarda "Google"dakı vəzifəsindən istefa verib.

Musavat.com xəbər verir ki, Hinton BBC-yə müsahibəsində bu sahədə irəliləyişlərə qarşı xəbərdarlıqlar ehtiva edən açıqlamalar verib.

"Mən indi təhlükələrin nə ola biləcəyi barədə danışa bilərəm. Bu təhlükələrdən bəziləri çox qorxuludur" - o deyib.

Britaniya və Kanada vətəndaşlığına malik olan alim deyir ki, chatbot kimi tanınan botlar tezliklə insan beyninin informasiya tutumunu keçə bilər.

6450a1ae4e3fe028acd93fd3.jpg (35 KB)

Hinton dərin öyrənmə və süni neyron şəbəkələri ilə bağlı araşdırmaları ilə süni intellektin indiki nöqtəyə çatmasında mühüm rol oynayıb.

Alim ChatGPT kimi qabaqcıl sistemlərə də diqqət çəkib: “Hazırda GPT-4 sahib olduğu ümumi biliklərin miqdarına görə insanı çox geridə qoya bilər. Düşüncə baxımından onlar mükəmməl deyillər, lakin sadə əsaslandırmalar apara bilirlər. Biz həmçinin bilirik ki, bu sistemlər tempin sürətini nəzərə alsaq, çox tez effektiv olacaq. Bu da bizi narahat etməlidir. Hazırda onlar bizdən daha ağıllı deyillər. Amma tezliklə daha ağıllı ola bilərlər”.

Hinton "pis insanların" süni intellektlə "pis işlər" görə biləcəyini vurğulayır:

“Fərz edək ki, bədxahlardan biri, məsələn, Putin robotlara öz alt məqsədlərini yaratmağa imkan verir. Bu, kabus ssenarilərindən biri olardı”.

Hinton davam edir: “Mən belə nəticəyə gəldim ki, bizim yaratdığımız zəka növü bizdə olandan çox fərqlidir. Biz bioloji sistem yaradırıq, lakin bunlar rəqəmsal sistemlərdir. Rəqəmsal sistemlərlə ən böyük fərq, eyni ölçüdə birdən çox nüsxə çıxara bilməkdir. Bu nüsxələr fərqli şeylər öyrənə bilər, lakin dərhal öz biliklərini bir-biri ilə paylaşa bilər. Elə bil, sizin 10 min insanınız var və onlardan biri nəyisə öyrənir, digərləri isə bu məlumatı eyni anda əldə edir. Buna görə də bu chatbotlar hər hansı bir insandan daha çox məlumata malikdir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR