İnsanlara hürriyət, millətlərə istiqlal!

Ədalət Vəliyev Tahir Kərimli ilə görüşüb

683 23.07.2020 14:32 Siyasət A A

Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev ilə Vəhdət Partiyasının sədri Tahir Kərimli arasında görüş keçirilib.

"Report" xəbər verir ki, görüşdə Ermənistan tərəfindən dövlət sərhədində törədilmiş təxribatlar, pandemiya ilə mübarizə sahəsində Azərbaycanın ölkə daxilində və beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlər, eləcə də korrupsiyaya qarşı davam etdirilən mübarizə, habelə qanunvericiliyin təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda ölkədə siyasi sistemin inkişafı istiqamətində görülən tədbirlərin davam etdirilməsi, partiyalararası dialoqun daha da genişləndirilməsi, eləcə də siyasi partiyalar haqqında qanunvericiliyin təkmilləşdirilməsi, habelə partiyaların Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatlılığının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

Sonda siyasi partiyalarla görüşlərin davamlı keçirilməsinin məqsədəmüvafiqliyi vurğulanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR