İnsanlara hürriyət, millətlərə istiqlal!

"Efirə çıxıb qeybət etmək istəmirəm" - Səmra

956 26.11.2025 13:26 Şou-biznes A A
 
"Avroviziya" təmsilçimiz Səmra Rəhimli efirlərdən uzaqlaşmasından danışıb. 
 
Musavat.com xəbər verir ki, Səmra bu barədə "Pərvizə görə" layihəsində danışıb.
 
O deyib ki, verilişlər mövzusunda seçicidir:
 
"Efirdən uzaq gəzməyimin səbəbi budur ki... Düşünürəm, artist öz işləri ilə müzakirə olunmalıdır, efirə çıxırsa, işlərindən, yaradıcılığından danışmalıdır. Efirə çıxıb qeybət etmək, kiminsə haqqında danışmaq, başqa qalmaqala münasibət bildirmək istəmirəm. Hərdən olur, bilmirəm, söhbət nədən gedir, onu elə sual verirlər ki, sən cavab vermiş kimi çıxırsan. Efir üçün seçici davranıram, söhbət edə biləcəyim platforma olmalıdır. Yaxşı verilişlər, yaxşı aparıcılar var. Amma elə proqramlar və aparıcılar var ki, onunla dünyagörüşümüz, danışacağımız mövzu üst-üstə düşmür, toqquşmur. Nədən söhbət edək?"
 
 
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR