İnsanlara hürriyət, millətlərə istiqlal!

Əgər sabah Ərdoğan “əzici” qələbə qazanmasa...

9657 27.05.2023 14:25 Yazarlar A A

Səs fərqi məsələn, 2 faizin altında olarsa, müxalifət məğlubiyyəti həzm etməyə və küçələrə çıxmağa cəhd edə bilər

Türkiyədə seçkinin ikinci turunda qalib gəlmək üçün artıq 50+1-ə ehtiyac yoxdur və minimal üstünlüklə rəqibindən çox səs toplayan şəxs növbəti 5 ildə prezident kürsüsündə oturacaq.

Hər iki ittifaqın vahid namizədi seçkiyə qalib gələcəyi ümidi ilə gedir. Kamal Kılıçdaroğlu tərəfdarları mayın 14-də parlament çoxluğunu qazanmadıqlarının şokunu üzərlərindən tez atdılar. İlyarımdır gücləndirilmiş parlament sisteminə keçidi müzakirə edən və əsas olaraq, bu vədlərlə seçkiyə qatılan Kılçdaroğlu bloku(Millət İttifaqı) ikinci tur üçün ancaq seçicini ələ almağa yönəlik vədlər verdilər. Zatən, başqa yolları da yox idi.

1685010629874537508646f38c5c1ffc.png (227 KB)

İlk turda 5 faizdən bir az artıq səs toplamaqla diqqətləri üzərinə çəkə bilən ATA blokunun namizədi Sinan Oğan Ərdoğan tərəfi, Zəfər Partiyasının sədri Ümit Özdağ isə Kılıçdaroğlunu dəstəkləyəcəklərini açıqlaması nəticələrə həlledici təsir etməyə də bilər. Amma psixoloji olaraq bu hər iki vahid namizəd üçün vacib idi və buna nail oldular. Düzdür, Ərdoğanı dəstəklyən Oğan bu dəstəyini tərəflər arasında imzalanmış sənədlə təsdiq etmədilər. Özdağ isə Kılıçdaroğlu ilə belə bir anlaşma imzaladı. Ərdoğan bu günlər dəfələrlə təkrar edib ki, Oğanla hər hansı bazarlıq olmayıb, bu onun siyasi düşüncəsinə ziddir və sairə. Amma yəqin ki, hansısa centlimen razılaşması da var və Ərdoğan qalib gələcəyi təqdirdə, Oğanın bu dəstəyi qarşılıqsız qalmayacaq. Bunlar sonrakı hesablamalardır, indi əsas olan ikinci turda qələbəni təmin etməkdir.

Hər iki vahid namizəd bu ərəfədə bir-birlərinə güzəşt etmədilər, qarşılıqlı ittihamlar yenə havada uçuşdu. Ərdoğan bugünlərdə özünə əminliyini saxlasa da, arxayınlaşmayıb və seçiciləri məntəqələrə çağırır. Kılıçdaroğlu isə daha lokonik şüar tapdı- “Kim vətənini sevirsə, səsverməyə getsin” dedi. İlk turdakı seçici fəallığının sabah da olması indi hər iki namizəd üçün çox mühümdür. Ərdoğanın seçki komandası çalışmalıdır ki, ilk turda indiki prezidentə səs verənlərin məntəqələrə getmələrini təmin etsinlər.

bunyamin-bezci-giris.jpg (66 KB)

Kılıçdaroğlu komandasının bu baxımdan işləri bir az çətindir, çünki adətən, ilk turda az səs toplayanın(qalib olmasa da, AKP-nin lideri faktiki 5 faiz çox səs toplamışdı) seçiciləri məntəqələrə həvəslə getmirlər. Bu piar işi deyil təkcə. Məsələn, Allah bilir, neçə milyon izləyiciləri olan Tarkan və Cem Yılmaz Kılıçdaroğluya açıq dəstək verdilər. Amma bu heç nə demək deyil. Birinci turda daha çox səs toplayanın adətən, uduzmadığı da Ərdoğan tərəfdarlarına əlavə stimul verə bilər. İnandırıcı deyil ki, Ərdoğan ikinci turda o qədər səs itirsin ki, Kılıçdaroğlu onu üstələyə bilsin. Amma seçici də, təyyarənin “qara qutu”su kimidir, içindən nə çıxacağı sonadək bilinməz.

Ərdoğanın ikinci turda mümkün qələbə qazansa da, onun mövqeləri istər-istəməz zəifləyəcək. Ərdoğan da bunun fərqindədir və bu səbəbdən idarəetmədə dəyişiklik olacağının anonsunu verib. Ötən yazıda da qeyd etmişdim ki, Ərdoğan kadr vitrinini mütləq dəyişməlidir, xüsusi iqtisadi komandasını dünya iqtisadiyyatında baş verən proseslərə çevik reaksiya verə bilən kadrlar gətirilməlidir. Ərdoğanın bəzi mühüm postlarını tutan nazirlərinə baxanda, adama elə gəlir ki, sanki onlar köhnə əsrdə qalıblar, tipaloji olaraq isə yeniliyə qarşıdırlar və sairə…Bunları hamıdan yaxşı Ərdoğan bilir və onun qarşısında xüsusilə iqtisadi vəziyyəti stabilləşdirmək, infilyasiyasının qarşısını almaq kimi çətin vəzifə durur.

Ankarada-12-min-secki-qutusunun-hamisi-acildi-Kilicdaroglu-ilə-Ərdogan.jpg (93 KB)

Deyim ki, müxalifət də qələbədən əlini üzməyib. Əgər Ərdoğan ikinci turda “əzici” qələbə qazanmasa, səs fərqi məsələn, 2 faizin altında olarsa, müxalifət məğlubiyyəti həzm etməyə və küçələrə çıxmağa cəhd edə bilər. Bu vəziyyətdə çox şey Ərdoğanın ehtimal olunan qələbəsini necə müdafiə etməsindən asılı olacaq. Kılıçdaroğlunun xüsusi cəsarəti və qərarlığı haqda bir söz deyə bilmərəm, amma bu, bir lider üçün ən mühüm keyfiyyətdir. O da üzərinə çox məsuliyyət alıb, həm də çoxlu vədlər verib. Müxalifət nəticələrə şübhə edib aranı qatsa, bu, Türkiyəni sevməyən xarici və daxili güclərin”əkməyinə yağ sürtə” bilər. Bölücü kürd partiyası Kılıçdaroğluna ikinci turda da dəstək verdiklərini bəyan etdilər. “Bizə Kılçdaroğlunun verdiyi sözlər(vədlər-N.S)əsasdır” qeydi ilə həm də. Nədir bu sözlər, dəqiq heç bir bilgi yoxdur. Kılıçdaroğlu separatçı kürdlərə küçələrə çıxmaq kimi bəhanə versə, bu onun özünün karyerası üçün də öldürücü zərbə ola bilər. Qorxulusu odur ki, CHP daxilindəki müxalifət Kılıçdaroğludan can qurtarmağa çalışır və bu səbəbdən mümkün provakasiyalar onların da marağındadır.

Bizə isə Azərbaycanın Respublika günündə keçirilkəcək seçkidə hər şeyin sakit və öz axarında keçməsini arzulamaq və “Sənə söz: Doğru zamanda, doğru adamla…” demək qalır...

P.S.”Sənə söz” Kılçdaroğlunun, “Doğru zamanda, doğru adamla…” Ərdoğanın seçki şüarıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR