İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhalinin nəzərinə! Bu gündən etibarən tibbi arayışlar elektron qaydada veriləcək VİDEO

574 01.05.2024 11:03 Ölkə A A

Ötən həftə xəbər verdiyimiz kimi, mayın 1-dən tibbi arayışları elektron qaydada əldə etmək mümkün olacaq.

Musavat.com xəbər verir ki, vətəndaşların elektron tibbi arayışı əldə etmələri üçün keçməli olduqları proses bunlardır:

Tibb müəssisəsinə ilkin müraciət;

Laborator analizlərin verilməsi;

Həkim qəbullarından keçmək;

Arayışın hazır formasının şəxsi kabinetdən və mobil tətbiqdən əldə edilməsi;

Təsdiqlənmiş arayışın etibarlılıq müddəti ərzində istənilən müəssisəyə təhvil verilməsi;

İstifadəçilər “E-TABİB” mobil tətbiqi və “kabinet.its.gov.az” veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”ə daxil olduqdan sonra QR kod vasitəsilə sağlamlıq və sürücülüyə yararlı olmaq haqqında tibbi arayışları elektron əldə edə biləcəklər. Elektron çap formanın üzərində olan QR kodu oxudaraq açılan veb-səhifədə arayışın qüvvədə olma müddətini və ümumi məlumatları yoxlayaraq PDF formatı yükləyə biləcəklər.

Daha ətraflı linkdən məlumat əldə edə bilərsiniz: 



Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR