İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhmədin yalanı və Səddamı ipə aparan müharibə...

1759 20.03.2023 16:58 Yazarlar A A

İraqın işğalı ilə Ukraynaya hərbi müdaxilə, o vaxtkı Buşla, bugünkü Putinin “arqumentləri” arasında oxşarlıqlar var…

20 il əvvəl, 2003-cü il martın 20-də səhər saatlarında ABŞ ordusu Britaniya, Avstraliya və Polşanın dəstəyi ilə İraqa hərbi müdaxilə etdi. Dünya bu müharibəni əlbəttə ki, gözləyirdi. Amerika illər idi ki, Səddam Hüseyni devirmək istəyin gizlətmirdi. 2000-ci ildə Corc Buş prezident seçildikdən sonra  əvvəl Səddam Hüseyn rejiminə qarşı informasiya müharibəsi başladı. İraqı “Əl-Qaidə” terror təşkilatı ilə əlaqədə və bioloji silahların istehsalını bərpa etməkdə ittiham etdi. Səddam Hüseynin isə səhvi onda oldu ki, ABŞ-ı qorxutmaq, ölkəyə silahlı müdaxiləni əngəlləmək  üçün blef etdi, İraqın kütləvi qırğın silahlarına malik olduğunu inkar etmədi.

2003-cü ilin əvvəlində BMT-də İraqda kütləvi qırğın silahları və xüsusi bioloji laboratoriyalar olması tirajlandı, hətta o vaxtkı dövlət katibi Pauell içində nə olduğu bilinməyən ağ toz şüşəsi göstərdi. Sonradan məlum oldu ki, biolaboratoriyalar haqqında ABŞ-a kəşfiyyat məlumatlarını verən 2000-ci ildə İraqdan qaçan Əhməd Əlvanın uydurması olub. İnandırıcı deyil, amma faktdır.  2011-ci ildə həmin Əhməd jurnalistlərə etiraf edib ki, yalan danışıb, çünki bu yalanı Səddam Hüseynin devrilməsi üçün  fürsət bilib. Daha sonra Pauell BMT-dəki o vaxtkı çıxışı ilə bağlı “aldadıldım” deyib. Bu necə dövlət, bu necə kəşfiyyat? Putin Ukraynada müharibə başlayandan bir neçə dəfə bu barədə danışıb, amerikalılara ironiya edib. Amma Amerika əlbəttə ki, bu yalana özünü inandırıb. Səddamı bu yalan olmasaydı, başqa bir bəhanə ilə devriləcəkdi.     

Düzdür, Küveytin işğalında olduğu kimi ABŞ  hərbi əməliyyat üçün BMT-dən mandat almadı, NATO-dakı müttəfiqləri - Fransa, Almaniya və Kanada isə işğal planına qoşulmadı. Bu səbəbdən Vaşinqton Böyük Britaniya, Avstraliya və Polşanın daxil olduğu koalisiya yaratmağa məcbur oldu.

 owl_wide_1200_0e2d9952381d3e89a87482eb71d514bb.jpg (215 KB)

***

Martın 17-də  Buş Səddama ultimatum verdi ki, oğulları ilə birgə  48 saat ərzində ölkəni tərk etsin. Səddam amerikalıların təhdidlərinə qulaq vermədi. Görünür, onun da kəşfiyyatı demişdi ki, Amerika yalnız qorxudacaq, hücum olmayacaq.  Hərbi əməliyyatların rəsmi başlamasından bir gün əvvəl, martın 19-da Amerika təyyarələri  Səddamın və iki oğlunun ola biləcəyi Bağdad ətrafına hücum etdi. Vaşinqton ümid edirdi ki, Səddamı aradan götürməklə İraqda rejimi dəyişmək üçün geniş əməliyyatlara ehtiyac olmayacaq.  Lakin MKİ məlumatları  yenə  yanlış oldu, aviazərbələrdən yalnız mülki şəxslər zərər çəkdi.

Ultimatumun müddəti başa çatdıqdan sonra, martın 20-də səhər tezdən ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqa hərbi müdaxiləsi başladı. Koalisiya qüvvələr ciddi müqavimətlə üzləşə biləcəkləri şəhərlərdən qəsdən yan keçərək sürətlə Bağdada doğru irəlilədilər. Əməliyyatın başlanmasından artıq dörd gün sonra Amerika hərbçiləri paytaxtdan 95 kilometr aralıda yerləşən Nəcəf yaxınlığında mövqe tutdular.  Aprelin 4-də koalisiya qüvvələri Bağdad Beynəlxalq Hava Limanına nəzarəti ələ keçirdi, bundan sonra paytaxt uğrunda həlledici döyüş başladı. Aprelin 9-da paytaxt qarnizonu təslim oldu, Bağdad süqut etdi…

Səddam Hüseynin özü artıq paytaxtda deyildi və Amerika əsgərlərinin dəstəyi ilə iraqlılar liderin portretlərini və heykəllərini dağıtmağa başladılar. 2003-cü ilin 1 mayında  kiçik Buş  İraqda böyük hərbi əməliyyatların başa çatdığını elan etdi.  Səddam özü yalnız dekabr ayında  ələ keçdi. Üç il sonra, 2006-cı il dekabrın 30-da insanlığa qarşı cinayətlərə görə edam edildi.

***

owl_wide_1200_1e4ee32e94504a27aa4460b0488a462c.jpg (145 KB)

…1990-cı ilin avqustunda Səddam Qərbin ucuz neft bazası olan  Küveyti  iki günə işğal etdi.  İraq lideri işğalın davam etdiyi  7 ay ərzində müsəlman dünyasında qəhrəman səviyyəsinə yüksəldi. Uşaqlarına o vaxt Səddam adı verənlər də çox oldu.  Səddam uzun müddət  müsəlman və xüsusuilə öz ölkəsində bir kumir, Qərb dünyasına müqavimət simvolu idi.   

 

***

owl_wide_1200_5008f09767c711f2804a1954b82caec2.jpg (162 KB)

Amerikalılar  hücuma bəhanə olan ittihamnların heç birini bugünədək də sübut edə bilməyiblər. Səddamın devrilməsi və Amerika əsgərləri İraqa sülh gətirmədilər, əksinə ölkədə iğtişaşlar dayanmadı,  sünnilər, şiələr və kürdlər arasında dinlərarası qarşıdurmalar baş verdi . 2005-ci ildə ölkədə ilk dəfə müvəqqəti hökumət quruldu. Lakin bu, gözlənilən sülhü gətirmədi: dinlərarası münaqişələr yalnız kəskinləşdi və 2006-cı ildə vətəndaş müharibəsinə çevrildi. Amerika hərbçiləri arasında itkilər artmaqda davam etdi ki, bu da ciddi narazılıqlar yaratdı.  Yalnız Obamanın prezidentliyi dövründə  qoşunların tədricə İraqdan çıxarılması sürətləndi, amma hələ də qoşunlar  ölkədən tam çıxarılmayıb.  İndi şübhə yoxdur ki, ABŞ İraqa sırf iqtisadi məqsədləri, neft ehtiyatlarına nəzarət  məqsədilə hərbi müdaxilə edib.

***

owl_wide_1200_ada574c20fa7cd8c740cfe2afd0c0a9e.jpg (197 KB)

Dörd mindən çox əsgərini və bəzi hesablamalara görə, 1 milyondan çox insanın həyatını itirdiyi uzunmüddətli qanlı müharibənin baiskarı olmuş Amerika təəssüf ki, indi də Ukraynada bir az fərqli ssenari həyata keçirir. Amerika bütün pisliklərin birbaşa baiskar deyil, amma bütün pisliklərə həm də səbəbdir. İraqın işğalı ilə Ukraynaya hərbi müdaxilənin, o vaxtkı Buşla, bugünkü Putinin “arqumentləri” arasında  oxşarlıqlar da bunu sübut edir…

Nazim SABİROĞLU,

Musavat.com      

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR