İnsanlara hürriyət, millətlərə istiqlal!

Elektron siqaretlər haqda ŞOK ARAŞDIRMA: Xərçəng...

673 04.04.2024 14:42 Yaşam A A

Elektron siqaretlər yanaq xərçənginə səbəb ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə AACR saytı məlumat yayıb.

Qeyd olunub ki, elektron siqaretlər insan DNT-sinə də mənfi təsir göstərir.

Məlumata görə, bu qənaətə Kaliforniya və İnsbruk Universitetinin alimləri gəliblər.

Mütəxəssislər elektron siqaret çəkməyin insan orqanizminə təsirini təhlil ediblər.

Tədqiqatda 3,5 mindən çox insan iştirak edib.

Nəticələr göstərib ki, yanaq hüceyrələrində adi siqaret çəkən insanların hüceyrələrinə bənzər dəyişikliklər baş verir.

Tədqiqatçılar belə qənaətə gəliblər ki, elektron siqaret xərçəng hüceyrələrinin daha sürətli böyüməsinə imkan verir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR