İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli İnsanovu toya buraxmadılar - vaksin olunmayıbmış

3129 29.11.2021 10:55 Son xəbər A A

Noyabrın 27-də keçmiş səhiyyə naziri Əli İnsanov toy mərasiminə buraxılmayıb.

Bu barədə Musavat.com -a hüquq mühafizə orqanlrındakı mötəbər mənbə məlumat verib. Mənbənin sözlərinə görə, sabiq nazir paytaxtın Xətai rayonu ərazisində yerləşən “Valensiya” şadlıq sarayında keçirilən, tanınmış ictimai-siyasi fəal İlkin Rüstəmzadənin bacısının toy mərasimində iştirak etmək üçün həmin şadlıq sarayına gedibmiş.

Məlumatda bildirilir ki, toyda iştirak edəcək qonaqların COVID-19 pasportu polis əməkdaşları tərəfindən yoxlanılarkən ixtisasca həkim və digər vətəndaşlara nümunə olmalı olan Əli İnsanovun vaksinasiya olunmadığı müəyyən edilib və o, şadlıq sarayından geri qaytarılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR