İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO

1279 30.04.2024 16:03 Şou-biznes A A

Müğənni Əli Mirəliyevin illər sonra görünüşünü 180 dərəcə dəyişməsi marağa səbəb olub. 

Belə ki, uzun illərdir seyrək saçlarla dolaşan sənətkar başına protez saç qoyaraq yeni imicdə "El canlı" verilişinə qatılıb. 

Musavat.com yenisabah.az-a istinadən xəbər verir ki, Ə.Mirəliyev bu görünüşdə olmasını verilişin aparıcısı Elcan Rəsulovun istədiyini deyib.

Bu barədə verilişin kulisindən görüntülər yayılıb.

"Bu Elcanın işləridir. Elcana hər şey olar, o, mənim köhnə dostumdur, xahiş etdi, mən də razılaşdım. 10 dəqiqəlik də olsa, bunu etdim ki, Elcanın ürəyincə olsun. Onun ssenarisinin alınması üçün bunu etdim, belə vəziyyətlərdə dostluq jestləri önə çıxır. Hamı bilir ki, mən heç vaxt parik filan qoymamışam, necəyəmsə, o cür də efirə çıxmışam. Sadəcə, bu dəfə Elcan belə görmək istədi, mən də razılaşdım" - deyə Əli Mirəliyev bildirib. 

Həmin kadrları təqdim edirik: 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR