İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlillik təyinatının 10 mindən artığı onkoloji xəstəliklərlə əlaqəli olub

440 30.01.2024 11:30 Sosial A A

2023-cü ildə Agentliyin reabilitasiya mərkəzləri tərəfindən əvvəlki ilə nisbətən 74 faiz çox olmaqla, 87,7 min nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib.

Musavat.com xəbər verir ki, bu barədə Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov qurumun 2023-cü ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran hədəflərə dair keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirilən layihələr daha da təkmilləşdirilib. Reabilitasiya xidmətlərinə əlçatanlığı daha da artırmaq üçün səyyar xidmətin əhatə dairəsi genişləndirilib. Hesabat dövründə əvvəlki ilə nisbətən 6 dəfə çox olmaqla 1437 şəxsə səyyar formada olmaqla evlərində reabilitasiya xidməti göstərilib. Ötən il Agentlik həmçinin 10,5 min nəfər əlilliyi olan şəxsi 91,4 min reabilitasiya vasitəsi ilə təmin edib".

A.Bayramov əlavə edib ki, il ərzində əlilliklə bağlı müraciət edənlərin sayı iki dəfə azalıb:"Ötən il əlillik təyinatının 10 mindən artığı məhz bədxassəli və onkoloji xəstəliklərlə əlaqəli olub. Sonrakı sırada psixoloji, sinir və göz xəstəliklər yer tutub".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR