İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyevə və Ərdoğana Nobel Sülh mükafatı verərlərmi?

1345 18.03.2023 09:30 Yazarlar A A

 

Müharibədən keçən müddətdə də bütün dünya görür ki,  Azərbaycan Prezidentinin fəaliyyəti yenə də sülhə xidmətdir, ədalətə, birgəyaşayışa, əməkdaşlığa çağırışdır;  Ərdoğan da bu mükafatı haqq edir, amma...

Türkmənistan Xalq Məsləhətinin sədri, ölkənin sabiq Prezidenti Qurbanqulu Berdiməhəmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh mükafatına namizədliyinin irəli sürülməsini təklif edib.

Berdiməhəmədov bu təkliflə Ankarada Türk Dövlətləri Təşkilatının zirvə görüşündə çıxış edib. Berdiməhəmmədov deyib ki, Türkiyə Prezidenti tək öz xalqı üçün deyil, həm də bütün müsəlman xalqlarının sülh şəraitində yaşaması üçün böyük işlər görür. Bu ilin yanvarında Macarıstan da Ərdoğanın Ukrayna üzrə danışıqlara vasitəçilik etdiyinə görə Nobel Sülh mükafatına namizədliyinin irəli sürülməsini təklif etmişdi. Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani və s. siyasətçilər analoji təklifləri olub...

Ərdoğanın  səyləri sayəsində Ukrayna müharibəsində ilk və hələ də son dəfə tərəflər İstanbulda masa arxasında oturdular. Kiyevlə Moskva arasında müəyyən razılıq da əldə olunmuşdu, bu günlərdə müddəti bir daha uzaldılacaq “Taxıl sazişi” də məhz Türkiyə Prezidentinin səyləri nəticəsində mümkün olmuşdu. Bundan əlavə, Türkiyə Prezidenti dəfələrlə Putin və Zelenskini danışıqlar masasında oturmağa çağırıb və vasitəçiliyə hazır olduğunu bəyan edib. Bunlar bilinən faktlardır, diplomatik cəbhədə açıqlanmayan səylər əlbəttə ki, daha çoxdur...

Hələ 2021-ci ili yayında- “Nobel həftəsi” başlayanda  yazmışdım ki, Nobel Sülh mükafatının həmin il məhz Azərbaycan Prezidenti İlham Əliyevə verilməsi lazımdır. Niyə İlham Əliyev verilməsinin zəruliyini də anlaşılan dildə izah etmişdim. İllərdir “Cənubi Qafqazda təminatlı sülhə ehtiyac var” deyən dünya dövlətləri, BMT, digər beynəlxalq təşkilatlar deyildimi? “Əgər Qarabağ problemi həll olunmasa, status-kvo əbədi qala bilməz” deyən də onlar idi. Ağızucu olsa da, “qaçqınları, məcburi köçkünlərin yurd-yuvalarına qaytarmaq vacibdir, bu insan haqlarıdır” deyənlər də onlar idi. Regionda 30 ildən bəri davam edən işğal böyük ölçüdə sonunclandımı?  O torpaqlara artıq həyat qayıdıb, tikilir-qurulur. İnsan haqları demirdilərmi? Yüz minlərlə insanın öz doğma torpağında yaşamaq haqqı bərpa olunub. Təkcə müharibə edən iki ölkədə deyil, bütün Qafqazda təminatlı sülh üçün ilk dəfə böyük imkanlar yaranıb. İlham Əliyev bu müharibənin tez və daha az itkisiz bitməsi üçün bacardığı hər şeyi etdiyini də kimsə dana bilməz. Çünki bu bəyanatlar, çıxışlar dünyanın tanınmış telekanallarında, agentliklərində, qəzetlərində də yayılmışdı. Əliyev bəyan etmişdi ki, işğalçı ordu torpaqlarımızdan çıxsın, müharibə dərhal dayansın. Yalnız 44 gün sonra işğalçı dövlət üç rayonu sülh yolu ilə azad etməyə razılıq verdi. Bəs, hər iki tərəfdən minlərlə əsgərin həyatını xilas etmək məgər bəşəri xidmət, bəşəri əhəmiyyət daşımırdımı? Müharibədən keçən müddətdə də bütün dünya görür ki, Prezident Əliyevin fəaliyyəti, açıqlamaları  yenə də sülhə xidmətdir, ədalətə, birgəyaşayışa, əməkdaşlığa çağırışdır…

Ərdoğan da bu mükafatı haqq edir. Amma iş burasındadır ki, Türkiyə Prezidentinin sülh fəaliyyəti “müharibə qırğılarının” əleyhinədir. Onlara indi sülh missiyası üçün çalışan lider deyil, Ukraynaya tank-top göndərən rəhbər lazımdır. Rusiya lideri ilə aralarında səmimi və qarşılıqlı inam ola Ərdoğanın fəaliyyəti Qərbə sərfəli deyil. Ölkəsinin maraqlarına göz yumaraq Rusiyaya qarşı sanksiyalara qoşulan, Putinə “cəllad”, “despot” deyən lazımdır onlara. Çünki dünya siyasəti sülhə deyil,  müharibə moduna köklənib...Yeni dünya düzəni yaratmağa çalışan ABŞ-a “sözəbaxan Türkiyə” lazımdır, “asi” Ərdoğan yox… Kobud olsa da, gerçəklik budur. Ərdoğana Nobel Sülh mükafatı vermək dünyaya sülh mesajı olardı, indi isə sülh zamanı deyil...

Nobel Sülh mükafatı seçimləri həmişə siyasiləşmiş fakt olub. Nobelin vəsiyyətinə görə, mükafatın verilməsi ilə bağlı qərarı Norveç parlamentinin təyin etdiyi beş nəfərdən ibarət komitə verməlidir. Ənənəyə görə, komitənin üzvləri əsasən Norveçin təqaüdçü siyasətçiləri və keçmiş partiya liderləri olurlar. Amma bu formal olaraq belədir, bu mükafatın taleyini başqaları, bəlkə də “Massonlar lojası” müəyyən edir. Adi bir mükafatdır. Amma daşıdığı məna və verilən mesaj anlamlıdır...

Bu mükafatı Azərbaycan xalqının düşməni olan Mixail Qorbaçova da verilmədimi? Qorbaçov Nobel Sülh mükafatını haqq etmişdimi?  Əlbəttə ki, yox! Qorbaçovun yarıtmaz siyasəti sayəsində SSRİ böyük bir düşmənçilik yuvasına çevrildi. Hər tərəf-Qarabağ, Fəraqnə, Tiflis, Şimali Qafqaz qan ağlayırdı, hər yerdə göz yaşları axırdı. Amma o yaramaza himayəsi ilə yaranan Qarabağ probleminin ən qızğın vaxtında -1990-ci ildə Nobel Sülh mükafatı verdilər. Ədalətsiz seçim idi. Nobel Sülh mükafatının özünün müəyyən etdiyi kriteriyalar var. Tapın, oxuyun. Heç birinin Qorbaçovun o zamankı fəaliyyəti ilə yaxın-uzaqdan əlaqəsi yox idi.

Cozef Çemberlen(Böyük Britaniya) və Henri Kissincer(ABŞ) kimi diplomatlar da, Ənvər Sadat(Misir) və  Yasir Ərəfat (Livan) da daxil bir çox müsəlmanlar da bu mükafatı alıb. Amma axtarsan, bu mükafatların  verilməsi də kimlərinsə siyasi mənafeyinə xidmətə edib. 

Berdiməhəmmədov haqdır- Ərdoğan müsəlman dünyası üçün də qəbul edilən lideridir, bu istiqamətdə gördüyü işlər çoxdur.  O səbəbdən də, düşünürəm ki, dünyanın indiki vaxtında Ərdoğana da bu mükafatı verməzlər...  

Hələ fevralda məlumat vardı ki, Nobelin “sülhünə” 305-dən çox namizəd (təşkilatlar da daxil) var. Bunlardan 50-si son seçimə qalır. Ərdoğanın o sırada olmağı yox, mükafatı almağı haqq edir. Haqq isə indi bu dünyada sülhün özü qədər sürüşkən termindir...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR