İnsanlara hürriyət, millətlərə istiqlal!

Elmi-tədqiqat institutlarına işə qəbul dayandırılıb?

690 12.03.2024 17:33 Təhsil A A

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyindəki elmi-tədqiqat institutlarına işə qəbulun dayandırılması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Agentlikdən bildirilib ki, hazırda elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması məqsədilə elmi-tədqiqat institutlarında düzgün kadr siyasətinin aparılması işi üzrə müzakirələr aparılır:

"Bu istiqamətdə zəruri addımlar atıldıqdan sonra tərəfimizdən bütün yeniliklər barədə əlavə məlumat veriləcək", - deyə sorğuya cavabda bildirilib.

APA-nın əldə etdiyi məlumata görə, bir müddət əvvəl Radiasiya Problemləri İnstitutunda 25 və Şamaxı Astrofizika Rəsədxanasında 8 vakant yer olmasına baxmayaraq işə qəbul dayandırılıb.

Qeyd edək ki, adıçəkilən elmi müəssisələrə işə qəbulla bağlı müraciət edən şəxslərə qəbulun dayandırıldığı bildirilib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR