Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru Kərəm Bürsin Bakıya gəlib.
Musavat.com bildirir ki, aktyor ötən gün “Sea Breeze”də olub və Xalq artisti, iş adamı Emin Ağalarovla görüşüb.
Səfər çərçivəsində Kerem Bürsinin şərəfinə “Sea Breeze”də yerləşən “Şöhrət xiyabanı”nda onun adına “ulduz” qoyulub.
Bununla bağlı Emin Ağalarov sosial şəbəkə hesabında paylaşım edərək bildirib:
"Məşhur türk aktyoru, “Sen Çal Kapımı” serialı və digər uğurlu layihələri ilə milyonların sevgisini qazanan Kərəm Bürsinlə tanış olmaq fürsəti əldə etdim.Kərəm Bürsin “IBA Champions Night” turnirinin xüsusi qonağı kimi “Sea Breeze”ə gəlib. Səfər çərçivəsində onun şərəfinə “Şöhrət xiyabanı”nda “ulduz” qoyuldu".
Xalidə,
Musavat.com






