İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb

736 26.04.2024 23:52 Dünya A A

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb.

Bununla bağlı KİV-də Türkiyə rəsmisinə istinadən məlumat yayılıb.

“Ərdoğan və Bayden arasında mayın 9-da Ağ Evdə keçirilməsi planlaşdırılan görüş təxirə salınıb”, - məlumatda bildirilir.

Bir gün əvvəl ABŞ administrasiyasının sözçüsü Con Kirbi bildirib ki, ABŞ Prezidenti Co Baydenin proqramında hələlik türkiyəli həmkarı ilə görüş nəzərdə tutulmayıb.

Türkiyə KİV-inin verdiyi məlumata görə, Ərdoğan ABŞ-yə planlaşdırılan səfərin ləğvi ilə bağlı göstəriş verməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR