İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərəblər süni intellektə yatırımları qat-qat artırır

886 15.08.2023 19:59 Texnologiya A A

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın Nividia Corp. şirkətinin istehsalı olan süni intellekt əsaslı proqram təminatının yaradılmasında istifadə edilən minlərlə yüksək texnologiyalı çip alırlar.

Musavat.com Financial Times-a istinadən xəbər verir ki, Ər-Riyad Kral Abdullah adın Elmi Texnoloji Universiteti (King Abdullah University of Science and Technology, KAUST) vasitəsilə 3 mindən yuxarı Nividia H100 qrafik prosessoru əldə edib.

Nividia-nın rəhbəri Censen Xuan dəyəri 40 min dollara çatan H100-i dünyada süni intellekt kontenti yaratmaq üçün hazırlanmış ilk kompüter çipi adlandırıb. Bu prosessorlardan OpenAI şirkətinin populyar çat-botu olan ChatGPT-da da istifadə olunur.

Əmirliklər də min ədəd Nividia çipi sifariş ediblər. Əbu-Dabidə yerləşən Dövlət Texnoloji İnnovasiyalar İnstitutunda Falcon adlı böyük dil modeli hazırlanıb. Belə modellər rabitə mətnlərinin, şəkillərinin və proqram kodlarının yaradılmasında istifadə olunur.

Financial Times-a danışan mənbə BƏƏ-nin ABŞ və Çindən asılı olmadan öz ifşaedici güclərini, öz platformalarını, onlara xidmət göstərən kadr bazasını formalaşdırmaq istədiyini deyib.

Bu il KAUST ümumi dəyəri 120 milyon dollar olan 3 min Nvidia çipi əldə edəcək. Hazırda Səudiyyə Universiteti 200-dən yuxarı A100 prosessoruna sahibdir.

KAUST özü “Shaheen III” adlı superkompüterini bu il istifadəyə verməyə hazırlaşır. Onun hazırlanmasında Nividia-nın süni intellekt sahəsində istifadə olunması üçün yaratdığı 700 Grace Hopper superçipindən istifadə edilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR