İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni çaxırından bihuş olan sülhməramlılar

1294 24.03.2023 15:05 Yazarlar A A

Martın 24-də növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib.

Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli KamAZ və üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilinin hərəkəti texniki müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təbii ki, Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı üzərlərinə düşən vəzifə borclarının yerinə yetirilməməsidir.

Vəzifə və öhdəliklərinin əksinə olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət etməklə sərbəst hərəkətinə şərait yaradılması əldə edilmiş razılıqların sülhməramlı kontingent tərəfindən kobud şəkildə pozulması deməkdir.

Azərbaycan tərəfi bəyan edib ki, belə hallara dərhal son qoyulmalıdır.

Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasının zəruri olduğunu göstərir.

44 günlük Vətən müharibəsinin sonunda imzalanan üçtərəfli 10 noyabr Bəyanatının 4-cü bəndinə görə, Rusiya sülhməramlıları 5 il müddətinə Qarabağ bölgəsinə - ərazilərimizə yerləşdirildi.

Həmin bəndə görə, sülhməramlı kontingent Azərbaycanın Qarabağ bölgəsinə yerləşdiriləndə paralel olaraq qanunsuz erməni silahlı qüvvələrinin çıxarılması təmin edilməli idi.

Ancaq biz nəyin şahidi oluruq?

Baş verənlər göstərir ki, sülhməramlıların ərazidə olması Azərbaycan üçün əlavə problem, ermənilər üçün isə dayaq, güc rolunu oynamaqdadır.

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bu gün də onların qanunsuz fəaliyyətinin daha bir nümunəsini görmüş olduq.

Aydın görünür ki, Laçın dəhlizində ekoloji fəalların həyata keçirdiyi aksiyaya görə öz silah-sursatlarını rahat keçirə bilməyən erməni separatçıları rus sülhməramlılarından sözün əsl mənasında istifadə edirlər. Görünən odur ki, ruslar da bu işdən məmnundurlar və əlaltılarına gücləri çatandan da artıq yardım göstərirlər.

Belə qənaətə gəlmək olar ki, Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları erməni çaxırından içib, erməni qızları ilə əylənməkdən əsl məramlarını unudublar. Bu yerdə Karl Marksın ermənilər haqqında olan bir fikrini xatırlamaq yerinə düşər.  K.Marks deyir: “Öz arvadlarını yaşamaq və qazanc xatirinə başqa xalqların kişilərinə satan ilk millət erməni milləti olub”.

Öz məramlarını unudan sülhməramlılar bu məqamı unutmasınlar ki, hiyləgər və riyakar ermənilər öz məqsədlərinə çatmaqdan ötrü istənilən yola əl ata bilərlər.

Bütün bunların fonunda belə qənaətə gəlmək olar ki, Rusiya sülhməramlılarının ölkəmizin ərazisində həyata keçirdiyi fəaliyyət tam olaraq qanunsuzdur, özbaşınalıqdır, Azərbaycan qanunlarına hörmətsizlikdir. Buna görə də rus sülhməramlıları ya öz sülhməramlı missiyası çərçivəsində hərəkət etməli, əks halda ölkəmizi tərk etməlidirlər.

Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb, orada olmazın barbarlıqlar edib. Bundan sonra güclü Azərbaycan ordusu və dövləti təbii ki, erməninin baş qaldırmasına imkan verməyəcək. Bunu Rusiya sülhməramlıları da anlamalı və bu kimi əməllərinə son qoymalıdırlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR