İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni icmasının nümayəndəsi Fələstində dövlət naziri OLDU

1050 29.03.2024 14:00 Dünya A A

Erməni icmasının nümayəndəsi Varsen Ağabekyan Fələstinin xarici işlər və xaricdəki həmvətənlərlə iş üzrə dövlət naziri təyin edilib.

Musavat.com xəbər verir ki, bu barədə Fələstinin "Wafa" xəbər agentliyi məlumat yayıb.

Agentlik baş nazirin təklifi ilə Fələstin prezidenti Mahmud Abbasın təsdiq etdiyi yeni hökumətin siyahısını dərc edib.

Qeyd olunub ki, Məhəmməd Mustafa xarici işlər naziri təyin olunub. Ağabekyan isə Fələstin Xarici İşlər Nazirliyində Mustafadan sonra ikinci şəxs olacaq.

Qeyd edək ki, bir sıra ölkələrdə (o cümlədən Fələstində) dövlət naziri vəzifəsi nazirə tabe olan, eyni zamanda nazir statusuna malik yüksək rütbəli məmurdur.

Məlumata görə, yeni hökumət martın 31-də işə başlayacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR