İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər o videonu niyə yaydılar-bizə verilən 4 mesaj

5328 13.04.2023 21:24 Yazarlar A A

Bu təpiklər, tökülən qan bizim hər birimizi ağrıdır, amma başımızı sığallamayacaqdılar ki...

Ermənilərin əsir əsgərimizə vəhşi münasibətini əks etdirən videoya cəmiyyətin emosional reaksiyasını da, xüsusilə onun valideynlərinin və doğmalarının da hansı hislər keçirdiyini anlamaq çətin deyil. Ermənilər bunu tirajlamadan beynəlxalq aləmdə hansı reaksiya doğura biləcəyini hesablamayacaq qədər axmaq da deyillər. Amma bunu qəsdən ediblər və verilən mesajlar da aydındır.

Birinci mesaj erməni toplumunadır ki, unutmayın, Azərbaycan əsgərinə düşmənik, onu hər fürsətdə cəzalandırmalı, öldürməliyik. İkinci mesaj da budur ki, barışıq, sülh haqda hansısa Paşinyan, ingilis, amerikalı nə danışır-danışsın, Azərbaycana düşmənçilik davam edir, bu münasibət dəyişməyib, 44 günlük müharibədə uduzduğumuzun revanşını lazım gəlsə, lap bir-bir sizdən belə alacağıq. Üçüncü mesajın anlamı da odur ki, birgəyaşayış, qonşuluq haqda deyilənlər xəyaldır, bilin ki, ermənilərin belə bir niyyəti yoxdur. Nəhayət, ermənilər demək istəyirlər ki, müharibə bitməyib! Elə ən mühüm mesaj da sonuncudur, məncə…

0be2b3ef013ac2c59bc03b575f089352.jpg (121 KB)

Ermənilər 44 günlük müharibənin acısını unutmayacaqlar, çünki son 100 ildə bu cür zərbə almamışdılar. Ona görə sülh sazişi imzalamamaq üçün hər cildə girirlər. Azərbaycandan bir qarış torpağı geri almaq üçün Avropanın, Amerikanın, Rusiyanın ayaqlarının altına yıxılırlar. Heç olmasa, bir qarışı geri qaytarıb, özlərinə təsəlli vermək istəyirlər. Bunu bacarmırlar, o səbəbdən yenə qanımıza susayırlar, qanımızı töküb bir az rahatlamaq istəyirlər. Bunlar qorxaq olduqları qədər də qəddardırlar. Bu qəddarlığı bizə çəkib göstərməklə ağıllarınca , “əmr verilsə, İrəvana da girərik” deyən ordumuzun gözünü qorxutmaq istəyirlər. Azərbaycan əsgəri onların qəvi düşmənidir. “Türkiyə, muzdlular gəldi, torpaqları geri aldılar” deyib, özlərini ovundurmaqlarına baxmayın, Azərbaycan əsgərinin gücünü gördülər. Birinci Qarabağ müharibəsində dünyanın dörd bir tərəfindən gəlib erməni ordusunda vuruşurdular, bu dəfə 10 min fərariləri ona görə oldu ki, Azərbaycan ordusunun gücünü gördülər.

e58c7c6ab8-Yenilmez-azerbaycan-esgeri.jpg (97 KB)

Bu təpiklər, tökülən qan bizim hər birimizi ağrıdır, amma başımızı sığallamayacaqdılar ki...Nə beynəlxalq konvensiya, nə əsir, nə insanlıq, bunları qoyun kənara, erməniyə aidiyyəti yoxdur bu bəşəri dəyərlərin. Davam etməkdə olan Ukrayna müharibəsində də hər iki tərəfdən bu cür qəddarlıq videoları yayılır. Bu dəhşət səhnələrinin də anlamı bir-birinə düşmənçiliklərinin nümayişdir. Harada müharibə varsa, orada bu cür qəddarlıq olub, olacaq da… Müharibənin yazılmamış qanunlarıdır bunlar. Ermənilər hər fürsətdə türkün qanını tökür, diplomat, qoca, qadın, uşaq bilmədən həm də…

2020_10_haber_1120.jpg (381 KB)

Biz əlbəttə ki, belə hadisələrdən üzülürük, çünki qanımızda bir humanizm var, yaralı, əsir düşmənə düşmən kimi davranmırıq. Ermənilər isə tam əksinədir, Yaradan millət olaraq, humanizmi onlardan əsirgəyib. İndi bu videolara baxsaq belə, soyuqqanlı olmalıyıq. Yenə deyirəm, onların valideynləri üçün bu çox ağır imtahandır. Əsir əsgəri nəsə söyləməyə məcbur etməklə də, heç nə dəyişməyəcək. Yalnız millət olaraq bu cür imtahanlar bizi yıpratmamalıdır. Necə ki, Gəncə, Bərdə bombalananda bunları yaşadıq.

photo_47422.jpg (66 KB)

Bu vidoları uşaqlardan uzaq tutmaq lazımdır, çünki onlar üçün bu cür psixoloji sınaq çox tezdir, zamanı gələndə onlar mili düşmənlərimiz haqda hər şeyi biləcəklər. Amma elə etmək lazımdır ki, bu cür sınaqlar onlar əsgər olanda daha təkrarlanmasın. Sərhədimizi müəyyənləşdirib, sülh müqaviləsini zorla imzaladıb, aramızda divar hörməliyik. Amerika necə Meksika sərhədinə divar hörübsə, bax elə. Heç azıb gedən də-gələn də olmasın...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR