İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməniləri fəlakət gözləyir- Araik- Vardanyan bu məqsədlə birləşib...

3967 16.12.2022 17:07 Yazarlar A A

Laçın yolunda ekofəalların aksiyası davam edir. Onlar bildirirlər ki, ermənilərin ekoloji terroru bitməyənə qədər, sülhməramlıların rəhbəri general Volkov əraziyə gəlib bu məsələlərə aydınlıq gətirməyənə qədər aksiya davam edəcək.

Bu gün erməni teleqram kanalları həmişə olduğu kimi yalan məlumat yaymaqla aksiyanı başqa cür təqdim etməyə çalışırlar. Guya biz dinc əhalinin yolunu, qazını kəsmişik. Şübhəsiz ki, bu, beynəlxalq ictimaiyyətin çaşdırılmasına və beynəlxalq ictimai rəyin səhv istiqamətə yönləndirilməsinə xidmət edir.

Qarabağda yaşayan dinc əhali Azərbaycan vətəndaşlarıdır. Azərbaycan  dövləti dəfələrlə onların ehtiyaclarını ödəməyə, kommunikasiyasını təmin etməyə hazır olduğunu bəyan edib.

1654169624_1650449132_420965.jpg (66 KB)

Azərbaycan sülhün tərəfindədir və bu məsələdə ermənilərin ən böyük düşməni elə öz millətlərinin nümayəndələri olan Vardanyan və Arutyunyandır. Elə ermənilərin qazını da kəsən Vardanyan idi. Məqsəd də o idi ki, beynəlxalq aləmə Azərbaycanın humanitar fəlakət yaşatdığını göstərsin, yalançı göz yaşının arxasında məkrli əməllərini həyata keçirsin.

Ermənilər tarix boyu necə səhv addımlar atıblarsa, özlərini çuxura çəkiblərsə, indi də eyni ağılla davranmaqda davam edirlər. Düşüblər bu iki fırıldaqçının dalınca, talelərini və tarixlərini qaraldırlar.

Tarix demişkən, yaxşı olar ki, ermənilər çox yox, elə 25-30 il öncəki tarixlərinə nəzər salsınlar. Həmin illərdə Köçəryan-Sərkisyan və onların ətrafı Azərbaycan ərazilərindəki təbii sərvətləri, qızıl yataqlarını talayıblar. Bu gün işğaldan azad olunan ərazilərə gedənlər bilirlər ki, orada daş-daş üstündə deyil. Heç atom bombası atılan şəhərlər o günə düşməmişdi ki, ermənilər bu vandallığı edib, ərazilərimizi darmadağın etdilər. Təbii ki, talan edilən təkcə evlərimiz olmadı. Təbii sərvətlər də Sərkisyan və Köçəryanın dövründə daşındı, satıldı. Yaxşı, bunlardan rəzil günündə olan Ermənistan əhalisi bir fayda gördümü? Rəzillikdən, səfalətdən çıxdılarmı? Təbii ki, çıxmadılar. Ermənistanda yaşayanların əksəriyyəti müharibə dövründə “unitaz”ı aparan dığanın günündədir. Hələ SSRİ dövründə aparılan qiymətləndirməyə görə təkcə Zəngilanın Vejnəli qızıl yatağında qızıl ehtiyatlarının həcmi 6,5 tondur. Ermənilər bu yatağı 27 il talayıblar. İndi də ermənilərin talamaq istədiyi və Azərbaycanın monitorinq aparmasına icazə verilməyən, “Qızılbulaq” (Drmbon) yatağında 13.6 vahid sənaye ehtiyatı olan qızıl və 47.9 milyon ton mis var. “Dəmirli” (Kaşen) yatağında isə mis ehtiyatları 100 milyon ton təşkil edir...

a12888cda3fa3a049bf9809a1c2e0be8.jpg (156 KB)

Yaxşı, bəs bu gəlirlərlə nə ediblər? Sərkisyanın oğurladığı vəsaitlər Qarabağın inkişafına yönəlsəydi, hər halda ermənilər bu gün mağara dövrünü xatırladan evlərdə yaşamaz, kommunikasiyasız qalmazdılar...

İndi Vardanyan-Araik cütlüyü eyni ssenari ilə hərəkət etmək istəyirlər. Arzulayırlar ki, Azərbaycana məxsus təbii ehtiyatları talan edib, ciblərini doldursunlar. Bunun üçün daha etmədikləri rəzillik qalmayıb.

Bu baxımdan əslində, 5 gündür aksiya edən azərbaycanlılar həm  də ermənilərin özlərini böyük bəladan xilas edirlər. Ermənilər normal yaşamaq istəyirlərsə, ilk olaraq Vardanyan kimi dəllalları qovmalıdırlar.

Vardanyan haqqında indiyə qədər çox yazmışıq və əksəriyyətə bəllidir ki, rusiyalı milyarder Ruben Vardanyan bir müddət əvvəl Qarabağdakı separatçıların qanunsuz hökumətində baş nazir postuna uyğun olan “dövlət naziri” vəzifəsinə təyin edilib. O, Rusiya vətəndaşlığından imtina etsə də, bu ölkədəki biznesini və aktivlərini saxlayıb. R.Vardanyan 2022-ci ildə Qərbin sanksiyalarından gizlənərək Qarabağda qeyri-qanuni qızıl hasilatı və ixracı ilə məşğul olmağa başlayıb. Təbii ki, onun işinə gəlir ki, Laçın yolu nəzarətsiz qalsın, sərvətlərimizi daşımaqda çətinlik çəkməsin. Ancaq bu, mümkün olmayacaq. Keçirilən aksiya, səsləndirilən şüarlar və göstərilən əzmkarlıq bunu bir daha sübut edir.

606552_src.jpg (54 KB)

İndiki zamanda Arutyunyanla Vardanyanı birləşdirən tərəf hərislik və qanunsuz yolla kapital toplamaq niyyətlədir.

Hazırda Vardanyanın əsas niyyəti təbii ehtiyatların qanunsuz istismarı üçün münbit şərait yaratmaqdır. Bunun üçün o, Araik Arutyunyanla birlikdə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə hərbi xunta yaratmaq haqda düşünür. Sözsüz ki, Arutyunyanın “hərbi vəziyyət” elan etməsi də bu istiqamətdə atılan addımdır.

Azərbaycanın Qarabağda yaşayan erməni əhali ilə heç bir problemi yoxdur, onları öz vətəndaşımız hesab edirik. Bu barədə Prezident İlham Əliyev də, Azərbaycan Xarici İşlər Nazirliyi də dəfələrlə bəyanat verib. Hətta bu günlərdə Azərbaycan XİN-dən bildirildi ki, rəsmi Bakı ermənilərin təhlükəsizliyini təmin etməyə indi də hazırdır.

Qarabağdakı ermənilər tarixin onlara verdiyi dərslərdən nəticə çıxarmalıdır və indiki anda elə Laçın yolunda aksiya edən vətəndaşlarımıza onlar da qoşulmalı, talana ekoloji terrora və ən əsası, onları gələcəkdə gözləyən fəlakətə mane olmalıdırlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR