İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Ermənistana qarşı – Sabah İrəvan qarışacaq?

2315 08.05.2024 15:45 Yazarlar A A

Ermənilər bişəkk, bir çox bəlli neqativ xüsusiyyətləri ilə bahəm, həm də öz xeyri ilə şərini ayıra bilməyən nadir xalqdır. Başlarına nə gəlibsə və ya gələcəksə, sözsüz ki, böyük ölçüdə bu səbəbdəndir – toplum olaraq, yaxşını pisdən ayıra bilməmək, bunun nəticəsi kimi də daim öz xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində qurmaq kimi maniakal arzu.


Tarix 4 ildir onlara növbəti, bəlkə də sonuncu şansı verib ki, nəhayət, düşünüb-daşınsınlar, Qafqazda əsas fitnə-fəsad mənbəyi olmaqdan imtina edib ağıllı, normal, adekvat millətlər cərgəsinə qoşulsunlar. Əfsus ki, yanlış yoldan qayıtmağa tələsmirlər.

Halbuki bu, ən əvvəlı onların özünə gərəkdir. Əks halda, “Ermənistan” adında qondarma, simvolik dövlətlərini də itirəcəklər. Hansı Ermənistan ki, onun müstəqillik və suverenlik səviyyəsi hazırda SSRİ tərkibindəki Ermənistan SSR-dən də aşağıdır...

Bunu hamıdan yaxşı dərk edən zavallı Nikol Paşinyan neçə vaxtdır xəstə toplumu “göydən yerə endirməyə”, mənasız “xəyali Ermənistan” iddiaları ilə yaşamaqdansa real Ermənistanı qoruyub inkişaf etdirməyin vacibliyini öz soydaşlarına anlatmağa çalışır. Bacaracaqmı? İki əsrlik ağır “daşı” qaldırmağa gücü çatacaqmı?

Söyləmək çətindir. Çünki kapitulyant ölkədə sülh müqaviləsi ilə bağlı proseslər hələ pik nöqtəsinə çatmayıb. Qarşıda hələ Ermənistanın “barıt qoxulu“ konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmaq problemi var. Bax, bizə rusun əli ilə zorla “calaq” edilmiş qonşularımızın əsl xisləti, “sülhpərvər” simaları bir daha onda bilinəcək: Azərbaycanla, Türkiyə ilə dinc-yanaşı yaşamaq istəyirlər, ya yox?..

Yəni dəqiq olan odur ki, həmin o iki əsrlik “daşın” altına haylar kollektiv surətdə əl qoymasalar, böyük sülh anlaşması alınası deyil. Demək, erməniləri yeni faciələr, regionu isə növbəti qeyri-müəyyənlik gözləyir.

Doğru, hökumətin Qazaxın 4 kəndinin Azərbaycana qaytarmaq haqqında qərarını sırtıqcasına “qanunsuz” elan edib marş-yürüşə başlayan erməni kilsəsi və onun “kölgə” müttəfiqi – Qarabağ klanına geniş ictimai dəstək yoxdur. Fəqət, bu, heç də o anlama gəlmir ki, “Qafqaz qaraçıları” (qaraçılardan üzr istəyirik), “dəmir qapaz”dan sonra “miatsum virus”undan qurtulublar. Görünür, Azərbaycan istehsallı “vaksin”lərə hələ çox ehtiyac olacaq...

e923ae97-5855-4d87-971e-b669cc24a001.jpeg (80 KB)

İş də ondadır ki, dini dəyələri çoxdan ayaqaltı edib Allahı unutmuş erməni keşişlər daxil, radikal-revanşist ünsürlər məhz təxribatçı konstitusiyanı əsas götürüb də Paşinyanı “Azərbaycana torpaq verməkdə” ittiham edirlər. Harada ki, Ermənistan ərazisi 29.7 min kv km yox, 34.1 min kv km göstərilir (keçmiş DQMV-lə birgə).

Yəni “divin canı” hər şeydən öncə Ermənistanın indiki “Əsas qanun”undadır. Eyni səbəbə Paşinyan əleyhinə etiraz marşına qoşulanlar öz tələblərini “konstitusion və ədalətli”, Nikolu isə xain elan ediblər. Gerçəkdə bu, Ermənistan və erməni xalqı əleyhinə yürüş olsa da.

Təsəvvür edin, Azərbaycanla qanuni delimitasiyaya etirazdan başlamış yürüşün başçısı, keşiş Baqrat Qalstanyanın tərəfdarları həmsərhəd kəndlərin sakinlərinə öz evlərini yandırmağı, videonu sosial şəbəkələrdə yerləşdirməyi və bunun müqabilində onlara evin qiymətindən bir neçə dəfə artıq kompensasiya vəd edirlər. Din çuxasında terrorçu necə olur ki?..

Sabah – mayın 9-da, faşizm üzərində Qələbə günü bu şərəfsiz nasistlərin, faşist Njde tərəfdarlarının İrəvana çatması gözlənilir. Çatan kimi də çoxgünlük aksiyanın qısa zamanda “sönməsi” yəqin ki, böyük zaman almayacaq. Hər halda, Paşinyan iqtidarının radikalların nazı ilə çox oynayacağı gözlənilmir. Axı bu, ən əvvəl hakimiyyət davasıdır.

Bütün hallarda baş verənlər hökumət üçün də, guya müharibə istəməyən erməni toplumu üçün də növbəti “nəbz yoxlanışı” sayıla bilər. Bizə isə müşahidə eləmək, gözləmək və əlbəttə ki, müvafiq nəticəni çıxarmaq qalır...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR