İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin “İlham Əliyev nə zaman dayanacaq” sualına CAVAB

3872 26.04.2023 19:58 Yazarlar A A

Ermənistan Azərbaycanın Laçın dəhlizində keçid məntəqəsi yaratmasından sonra düşdüyü isterik vəziyyətdən çıxmaq üçün yollar axtarmaqdadır. Aprelin 26-da Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Paşinyan bir hadisə olan kimi Kremlə zəng etməyə öyrəncəlidir və bu dəfə də belə oldu. Telefon danışığında Laçın dəhlizində Azərbaycanın qanuni hüquqlu əsaslarla təsis etdiyi sərhəd-keçid məntəqəsi və Qarabağdakı humanitar vəziyyətlə bağlı məsələlər müzakirə edilib. Kremlin mətbuat xidmətinin yaydığı məlumatdan isə belə qənaət yaranır ki, Putin Paşinyanı Laçın dəhlizi üzərində çox düşünməməyə çağırıb. Ermənistanın baş naziri Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə də Laçın yolundakı sərhəd məntəsi barədə danışıb. 

Bundan başqa, digər dövlət və beynəlxalq təşkilatlara da ardıcıl şikayətlər edən İrəvan yenə də Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı iddia qaldırıb.

Ermənilərin Laçın “KPP”si hay-küyünə İslandiyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Turdis Kolbrun da qoşulub. “Dağlıq Qarabağdakı hazırkı humanitar vəziyyət təbii ki, narahatlıq doğurur. Laçın dəhlizi ilə sərbəst hərəkəti təmin etmək lazımdır” deyə, o Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının plenar iclasında çıxışı zamanı deyib. Kanada xarici işlər naziri Melani Jolin də bu mövzuda Ermənistanın mövqeyini müdafiə edən bəyanat yayıb.

Ermənilər əlbəttə ki, bu bəyanatlardan məmnun deyillər. Onlar arzulayırlar ki, Azərbaycan hansısa sanksiyalarla təhdid edilsin və sairə…

b2988701eed18cd134030050eed0ad22.jpg (121 KB)

Erməni mediasında da əsas gündəm mövzusu Azərbaycanın Qarabağdakı öz torpaqlarına sahiblənmək üçün atdığı uğurlu addımlardır. Xüsusilə, qismən müstəqil və müxalifətə yaxın mediada bu mövzu Paşinyanın əleyhinə olan qüvvələrə əlavə bəhanə verib. Hiss olunur ki, bu yazılarda əsas məqsəd Paşinyanın, onun hakimiyyətinin mövqelərini laxlatmaqdır. Yəni Qarabağ ermənilərinin taleyi onları heç də maraqlandırmır.

1656260743_454.jpg (47 KB)

Bu mövzuda aravot.ru saytında “Əliyevi necə dayandırmalı…” sualı ətrafında yazı xüsusilə diqqət çəkir.

Məqalədən bu sitata diqqət edək: “Əliyev bu gün ona uduzan Paşinyanla qarşı-qarşıyadır. Ölkənin daxili həyatında Paşinyan opponentlərə cavab verə, onları ittiham edə, hədələyə bilər. Xarici cəbhədə isə o, tamamilə zəif iradəsiz və mütidir, “sülh gündəminə” sadiqdir, bu da tərcümədə Əliyevə istədiyini etməyə imkan vermək deməkdir. Təsəvvür edin ki, Azərbaycan buraxılış məntəqəsini Ermənistanın istənilən magistralında qurur. Bunun ardınca nə gələcək? Paşinyanın dövründə, heç nə. Rusiya, ABŞ və Fransa bunu “qeyri-konstruktiv addım” kimi səciyyələndirəcək, baş nazir isə hökumətin iclasında hər şeyin Kazan və ya Almata sənədində olduğunu şifahi şəkildə izah edəcək, “Ermənistan regionda sülhün bərqərar olmasına sadiqliyini bir daha təsdiqləyir” deyəcək”. Müəllif yazır ki, son iki ildə baş verən hadisələr açıq şəkildə göstərir ki, nə ruslar, nə də avropalı mülki müşahidəçilər Prezident Əliyevi dayandıracaq: “Bunun qarşısını ancaq arxasında effektiv diplomatiyaya malik Ermənistan ordusu ala bilər. İndiki hakimiyyətdə isə bu mümkün deyil”.

Erməni cəmiyyətinin müəyyən bir qismi 44 günlük müharibədən və ondan sonrakı dövrdəki reallığı qəbul etməyə çalışsa da, göründüyü kimi, revanşist qüvvələrin təbliğat ruporlarında “Azərbaycanı ancaq erməni ordusu dayandıra bilər” kimi xəyallar qururlar.

liman.jpg (268 KB)

Prezident İlham Əliyev Azərbaycanın və bölgənin təhlükəsizlik maraqlarından başqa heç bir addım atmır, heç bir qonşu dövlətin ərazisində də hansısa irəligedən planlar qurmur. Sadəcə, Əliyev Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırır və bu mövqeyində israr edir. “Əliyevi necə durdurmalı” sualının cavabı isə İrəvanın öhdəliyinin necə yerinə yetirməsinə bağlıdır. Erməni ordusunu isə yenidən önə çıxararlarsa, bu dəfə Əliyevi də, ordusunu da doğrudan da dayandıra bilməyəcəklər. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR