Ermənistanın 3 keçmiş Baş naziri İrəvanda bir araya gəlib.
Vazgen Manukyan, Hrant Baqratyan və Karen Karapetyan Ermənistanın qarşılaşdığı böhran və ekstremal vəziyyəti müzakirə ediblər.
Onlar ayrı-ayrılıqda Ermənistan dövlətin darmadağından (çöküşdən) xilas etmək üçün (each of them will take concrete steps in a clear direction to get the state out of collapse) konkret addımlar atacaqlar.
Belə ki, Karen Karapetyan Rusiya Fedarasiyası, Hrant Baqratyan Avropa Birliyi və Vazgen Manukyan isə Çinlə Ermənistanın qarşılaşdığı böhranı aradan qaldırmaq üçün danışqılar aparacaqlar.
Bu barədə Ermənistanın “news.am” saytı məlumat yayıb.
Bəs Ermənistanın eks-Baş nazirlərinə kim belə bir səlahiyyət və tapşırıq verib?
Təəssüf ki, xəbərdə bu məsələ haqqında heç bir informasiya yoxdur. Ancaq məntiq deyir ki, eks-Baş nazirlərə bu səlahiyyəti və tapşırığı məhz Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyan verib.
Fikir verdinizsə, bu xəbərdə Ermənistanın “çöküş” (darmadağın) “böhran” və “ekstremal vəziyyət” lə ( ingiliscə orijinal belədir: “the crisis and extreme situation”, “collapse”) üzləşməsi açıq şəkildə etiraf olunur.
O da maraqlıdır ki, söhbət koronovirusla bağlı deyil.
Hər halda, xəbərdə belə məqam və hətta eyham yoxdur.
Bu isə onu deməyə əsas verir ki, Ermənistanda siyasi vəziyyət, həqiqətən də, gərgindir.
Ermənistanın Baş naziri Nikol Paşinyan dünyanın 3 güc mərkəzi ilə danışıqlar apararaq Ermənistanı darmadağından xilas etməyə çalışır.
Elbəyi Həsənli, Sürix
Musavat.com






